Bia.Az

Qardaş ölkədən AĞIR XƏBƏR: 3 əsgər şəhid oldu, 4-ü yaralandı

Cəmiyyət
 23-12-2023, 12:51     292

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində 3 əsgərin şəhid olduğunu açıqlayıb.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki,  nazirliyin məlumatına görə, daha 4 hərbçi isə yaralanıb.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub:

“22 dekabr 2023-cü il tarixində İraqın şimalında separatçı terror təşkilatı üzvləri tərəfindən həyata keçirilən hücum və sonrakı təmasda 3 qəhrəman yoldaşımız şəhid olub. və 4 qəhrəman yoldaşımız yaralanıb. Bölgədə separatçı terror təşkilatına qarşı aparılan əməliyyatlar çərçivəsində təmas davam edir. Müəyyən edilmiş hədəflərə və terrorçuların qaçış istiqamətlərinə qarşı qəfil hava əməliyyatları həyata keçirilib. İlkin məlumata görə, 4 terrorçu zərərsizləşdirilib”.скачать dle 12.1