Bia.Az

Xankəndidə erməni dilində yazılar və lövhələr nə vaxt söküləcək?

Cəmiyyət
 23-12-2023, 12:45     286

“Futbola və şəhərə baxmaq üçün Xankəndiyə gedənlər Bakıya qayıdandan sonra ən çox bu sualı mənə ünvanlayırlar: “Xankəndidə erməni dilində yazılar və lövhələr nə vaxt söküləcək?”

BİA.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

“Mənim sahəmə aid sual olmasa da subyektiv fikirlərimi buradan deməliyəm ki, hər kəsə ayrı ayrılıqda cavab yazmaq zərurəti aradan qalxsın:

1. Xankəndi şəhərinin təmir bərpa işləri çərçivəsində tender elan olunandan sonra tenderdə qalib gələn şirkət yazıları və tabloları dəyişəcək. Belə tablolar, yazılar, lövhələr və yol nişanları Xocalıda, Ağdərədə, Xocavənddə, Əskəranda və s. mövcuddur. Ümumi sayı bəlkə minlərlədir. Tender sənədlərində şirkət xərclənən vəsaiti də əsaslandırmalıdır. Bəzən bir tenderi keçirməyə yarım il zaman tələb olunur.
2. 2020-ci ildə azad edilən rayonlarda da hər şey dərhal bərpa olunmadı, oluna da bilməz.
3. Əslində bu lövhənin nə zaman sökülməsi məni çox narahat etmir. Amma gələn ilin yarısına qədər hamısının dəyişəcəyinə inanıram. Əsas odur ki, Xankəndidə, Xocalıda və digər azad edilən ərazilərdə Bayrağımız dalğalanır və Himnimiz səslənir, artıq bütün ərazilərimizdə suverenliyimiz təmin olunub.
4. Dövlətimiz bütün prosesləri əhəmiyyət və zərurət baxımından dəyərləndirir və dövlət ağılı ilə həyata keçirir. İki aya hansı ölkə stadion yaxud da bir ilə hava limanı inşa edə bilir? Tələsməyək, tələsdirməyək.
5. Ermənistanın başqa yolu yoxdur, tez-gec Azərbaycan ilə sülh bağlayıb diplomatik münasibətlər qurmalıdır. Diplomatik münasibətlər isə səfirliyin və ya konsulluğun açılmasını nəzərdə tutur. Belə çıxır ki, Bakıda ermənilərin səfirliyi açılarsa, səfirliyin üzərindəki erməni dilində yazılara da etiraz edəcəksiniz və bu yazıların sökülməsini tələb edəcəksiniz? Bir az səbrli olaq. Lövhə və ya yazı qalib Azərbaycan üçün çox cılız hədəflərdir.
6. Dünya Azərbaycanın hərbi, siyasi və diplomatik uğurlarımızın şifrəsini, kodunu və parolunu tapa bilmir, bizim isə azsaylı vətəndaşlarımız erməni dilində 1-2 yazı görüb depresiyaya düşməli deyil. Böyük və qalib Azərbaycan xalqının hədəfləri də böyük olmalıdır”, – Ə.Verdiyev bildirib. \\Konkret.Azскачать dle 12.1