Bia.Az

Təhlükə saçan avtobuslar: “BakuBus” marşrutları niyə nasazdır? - ACIQLAMA + VİDEO

Cəmiyyət
 23-12-2023, 11:14     282

Bir neçə gün öncə sərnişinlər “BakuBus”a məxsus avtobusda tüstülənmə hadisəsinin şahidi olublar.

Bəs bu kimi problemlər niyə baş verir? Avtobuslar hansı müddətdə texniki baxışdan keçirilir?

Məsələ ilə bağlı “BakuBus” MMC-nin əməkdaşı Elşən Bağırov bildirib ki, avtobuslar hər gün səhər istismara verilməmişdən öncə və gecə istismardan qayıtdıqdan sonra mütəxəssislər tərəfindən texniki baxışdan keçirilir:

“Sözügedən hadisə isə avtomatik yanğın xəbərdarlıq sistemində yaranan deformasiya ilə bağlıdır. Hazırda bu sistemin təkmilləşdirilmə və yeniləndirilməsi üzrə işlər görülür”.
Suallara cavab verməkdə çətinlik çəkən “BakuBus” əməkdaşı sözügedən avtobusda tüstüdən zəhərlənən vətəndaşla maraqlandıqlarını bildirib:

“Sosial şəbəkədə yayılan videolar həqiqəti əks etdirmir. Sərnişinlərin təhlükəsizliyi bizim üçün hər zaman prioritet məsələdir. Həmin videogörüntüdə olan şəxslərlə isə maraqlanmışıq”.

Ətraflı Baku TV-nin süjetində:


BİA.az
скачать dle 12.1