Bia.Az

Türk mediası Naxçıvana dəvət oluna bilər: “Gəlsinlər, görsünlər, Emin Uçar bizi nə günə qoyub”

Cəmiyyət
 22-12-2023, 19:43     276

“O, təkcə Naxçıvana yox, Türkiyənin geosiyasi hədəflərinə də sarsıdıcı zərbə vurub"

Türk mediası Naxçıvana dəvət oluna bilər:
Türk mediası Naxçıvana dəvət oluna bilər:

“Tikilməkdə olan layihələrin İdarəolunması” MMC-nin sədri İsmayıl Əhmədov və saytımızın baş redaktoru Heydər Oğuz Prime TV-nin bir proqramında “Arkoz” şirkətinin NDU-nun Texnologiyalar Parkını heç bir smetası olmadan inşa etdiyini bildirmişdi. “Arkoz” şirkəti bu iddiaları təkzib edərək,Texno-parkın inşası ilə bağlı tutduğu smeta sənədlərini redaksiyamıza göndərib.

Sənəddə göstərilir ki, Texno-parkın inşası üçün 5.584.708 manat nəzərdə tutulub. İndiyədək görülən işlər üçün şirkətə 1.419.775 manat ödənilmiş, 351.973 manatın ödənilməsindən isə imtina olunmuşdur.
BİA.az xəbər verir ki, Ovqat.com təkzib məktubuna aydınlıq gətirmək üçün “Tikilməkdə Olan Layihələrin İdarə Edilməsi” MMC-nin sədri İsmayıl Əhmədovun da mövqeyini öyrənib.

“Tikilməkdə Olan Layihələrin İdarəedilməsi” MMC-nin rəhbəri İsmayıl Əhmədov bildirib ki, Azərbaycanda müəssisələr və binalar hansısa şirkətin hazırladığı “cızma-qara” ilə inşa olunmur: “Bunun üçün dövlət orqanları tərəfindən müvafiq ekspertizalar aparılmalı və hazırlanan layihələr rəsmən təsdiqlənməlidir”.

Türk mediası Naxçıvana dəvət oluna bilər:

İsmayıl Əhmədov tikinti qanunvericiliyində nəzərdə tutulan sənədləşdirməni bu cür sıraladı:

“Bu barədə Prezident İlham Əliyevin 17.11.2014 tarixli «Tikinti layihәlәrinin ekspertizadan keçirilmәsi Qaydaları»nın tәsdiq edilmәsi haqqında Azәrbaycan Respublikası Prezidentinin Fәrmanında deyilir:

2. Ekspertizadan keçirilmәsi tәlәb olunan tikinti layihәlәri

2.1. Mәcәllәnin 88.1-ci maddәsinә әsasәn bu Qaydaların 3.1-ci bәndindә nәzәrdә tutulmuş obyektlәrin tikinti layihәlәri istisna olmaqla, mülkiyyәt formasından vә tәyinatından asılı olmayaraq aşağıdakı tikinti layihәlәrinin ekspertizadan keçirilmәsi mәcburidir:

2.1.1. tikintisinә icazә tәlәb olunan obyektlәrin tikinti layihәlәri — şәhәrsalma vә tikintiyә dair normativ sәnәdlәrin, o cümlәdәn yanğın tәhlükәsizliyi tәlәblәrinә uyğunluğunun yoxlanılması baxımından;

2.1.2. dövlәt vәsaitlәri hesabına maliyyәlәşdirilәn obyektlәrin layihә vә smeta sәnәdlәri — bu Qaydaların 2.1.1-ci bәndindә nәzәrdә tutulanlardan әlavә, hәm dә hәmin tikinti obyektlәrinә ayrılmış vәsaitlәrdәn sәmәrәli istifadәnin qiymәtlәndirilmәsi baxımından.

2.2. Bu Qaydaların 3.1-ci bәndindә nәzәrdә tutulmuş obyektlәr istisna olmaqla, mürәkkәb-texniki vә ya tәhlükә potensiallı obyektlәrin, komplekslәrin vә bu qәbildәn olan başqa tikinti obyektlәrinin sökülmәsi ilә bağlı tәrtib olunmuş tikinti layihәlәrinin tikinti (söküntü) işlәrinin tәşkili bölmәsi ekspertizadan keçirilmәlidir.

2.3. Ekspertizadan keçirilmiş tikinti layihәlәrindә konstruktiv vә dayanıqlığa tәsir edә bilәcәk dәyişikliklәr edildikdә, hәmin layihәlәr bu Qaydaların 2.1-ci bәndindә nәzәrdә tutulmuş mәnada tәkrar ekspertizadan keçirilmәlidir.

2.4. Bu Qaydaların 2.1-ci bәndindә göstәrilәn obyektlәrin tikinti layihәlәri sifarişçinin istәdiyi hallarda vә müstәqil müraciәti әsasında tikintiyә icazә icraatından әvvәl dә bu Qaydaların tәlәblәrinә uyğun olaraq ekspertizadan keçirilir.

2.5. Azәrbaycan Respublikasının qanunlarında, Azәrbaycan Respublikası Prezidentinin aktlarında, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin normativ hüquqi aktlarında, habelә Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrdә nәzәrdә tutulduğu hallarda, elәcә dә sifarişçinin tәşәbbüsü ilә tikintiyә dair Texniki-İqtisadi Hesablamalar (TİH), Texniki-İqtisadi Әsaslandırmalar (TİӘ) vә Tender layihәlәri dә ekspertizadan keçirilir.

4. Ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydası

4.1. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, tikintiyə icazə verən orqan (qurum) tikinti layihələrini ekspertizadan keçirilməsi üçün ekspertiza müəssisəsinə göndərir.

4.2. Ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə aşağıdakı sənədlər əlavə edilməlidir:

4.2.1. layihəçinin lisenziyasının surəti;

4.2.2. izahat yazısı (obyekt haqqında müfəssəl məlumat);

4.2.3. tikinti layihəsinin hazırlanması zamanı istifadə olunmuş şəhərsalma və tikintiyə dair normativ sənədlərin layihəçi tərəfindən təsdiq edilmiş siyahısı;

4.2.4. təchizat müəssisələri tərəfindən verilmiş texniki şərtlər;

4.2.5. aşağıdakı bölmələrdən ibarət olan tikinti layihəsi:

4.2.5.1. mühəndis-axtarış işləri;

4.2.5.2. tikinti ərazisinin baş planı, memarlıq-planlaşdırma bölməsi;

4.2.5.3. konstruksiya bölməsi;

4.2.5.4. mühəndis-kommunikasiya təminatı bölməsi;

4.2.5.5. texnologiya bölməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda);

4.2.5.6. ekologiya bölməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda);
4.2.5.7. tikinti (söküntü) işlərinin təşkili bölməsi;

4.2.5.8. smeta bölməsi (tikintisi dövlət vəsaiti hesabına maliyyələşdirilən obyektlər üçün).

4.3. Tikinti obyektinin sökülməsi ilə bağlı ekspertizadan keçirilməsi üçün təqdim olunan tikinti layihəsinə bu Qaydaların 4.2.4-cü, 4.2.5.1-ci, 4.2.5.5-ci yarımbəndlərində göstərilən sənədlərin əlavə olunması tələb edilmir”.

Prezidentin müvafiq Fərmanının tələblərini diqqətimizə çatdıran İsmayıl Əhmədov “Arkoz”un inşa etdiyi heç bir tikintidə bu şərtlərə əməl olunmadığını vurğulayıb:

“Görürsünüzmü qanunvericilik layihə deyəndə nələri nəzərdə tutur? İndi gəlin, görək, “Arkoz” şirkəti bunlardan hansını edib? Tivi Su elektirik stansiyasına hazırda 34 milyona yaxın vəsait gedib. Amma ortada nə təsdiqli layihə var, nə mühəndis-axtarış işləri, nə statik hesabat, nə ekologiya hesabatı, nə texniki şərtlər, nə də simeta. Sual olunur: 34 milyon hara xərclənib? Tikintinin təsdiqli simetası varsa, xahiş edirəm, onu möhürlü variantını təqdim etsinlər”.

Həmsöhbətimiz qeyd edib ki, xüsusilə SES kimi müəssisələrdə dövlət orqanlarının ekspertizası vacibdir: “Ən azı ona görə ki, turbinin işləməsi üçün suyun sürətini bilmək lazımdır. Yəni saniyədə nə qədər suyun trubindən keçdiyi ölçülməlidir ki, istədiyimiz enerjini ala bilib-bilməyəcəyimizi hesablayaq. “Arkoz” şirkəti bunu ekspertiza etdiribmi? Etdiribsə, zəhmət olmasa, təsdiqli hesabatını təqdim etsin”.

İsmayıl Əhmədov bildirdiyinə görə, bu ekspertiza FHN və müvafiq dövlət orqanları tərəfindən aparılır və “Arkoz” şirkətində isə belə bir sənəd mövcud deyil: “Varsa göstərsinlər, yoxdursa “Arkoz”un orda nə işi var və kimlərlə əl-bir olub bu günə qədər necə keyfiyyətsiz iş görüblər, bunu açıqlasınlar”.

O ki qaldı hərbi hospitala, İsmayıl Əhmədovun iddiasına görə, bu tikintinin inşasında da eyni problemlərə yol verilib: “Nə layihə var, nə smeta, nə də keyfiyyətli iş. Yazırlar ki, təhvil vermişik. Buyursunlar, onda təhvil-təslim aktlarını göstərsinlər və hərbi hospitaldan aldıqları təsdiqli sənədi yayımlasınlar. Ya da etiraf etsinlər ki, camaatı dövlətin pulunu somurub özlərinə imperiya qurublar və bu da azmış kimi maaşlarını vermədikləri usta və fəhlələri dövlətin üstünə qaldırırlar”.

İsmayıl Əhmədov açıqlamasında Duzdağda tikilən duz zavodundan da bəhs edib. Onun iddiasına görə, bu zavodda da işlər bərbad vəziyyətdə görülüb, istər tikinti işlərində, istərsə də avadanlıqların alınmasında ciddi maxinasiyalara yol verilib: “Qeyd edim ki, həmin zavodu da biz yox, dövlət orqanları təhvil götürmür. Jurnalistlər bunu dəqiqləşdirmək üçün dövlət orqanlarıyla əlaqə saxlayıb soruşa bilələr ki, niyə “Arkoz”un inşa etdiyi bu zavodu təhvil götürmür. “Arkoz”un iradı varsa, bunu bizə yox, dövlət qurumlarına ünvanlasın”.

Naxçıvanın hal-hazırda dotasiya ilə maliyyələşdiyini xatırladan həmsöhbətimizin fikrincə, sözügedən duz zavodu istismara verilsəydi, bu günə qədər 6 milyon manatlıq duz satılardı: “Emin Uçar Naxçıvanı talaması bəs deyilmiş kimi, MR iktisadyatını da bu cür keyfiyyətsiz tikintilərlə çökdürüb”.

Həmsöhbətimiz sonda vurğulayıb ki, bu gedişlə, yaxın günlərdə Türkiyənin media orqanlarını da Naxçıvana dəvət edəcək: “Gəlsinlər, görsünlər, Emin Uçar adlı Türk iş adamı Naxçıvanı qardaş ölkənin bu strateji bölgəsini nə günə qoyub. Emin Uçarın Naxçıvandakı fəaliyyəti təkcə Azərbaycana ziyan vurmayıb, o, həmçinin böyük Atatürkün “Türk dünyasının qapısı” adlandırdığı məmləkəti iqtisadi cəhətdən zəiflədib və qırılğan vəziyyətə salıb. Bununla da Türkiyənin 21-ci əsrdəki geosiyasi hədəflərinə də zərbə vurub”.

BİA.az

скачать dle 12.1