Bia.Az

"Azərbaycan türkü deyəcəksən" - iş adam Qardaşov Türkiyədə əfsanə olur - VİDEO

Cəmiyyət
 20-12-2023, 02:09     230

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur aktyor Ozan Akbaba "Ben Bu Cihana Sığmazam" serialında azərbaycanlı iş adamı rolunu canlandırır.

Belə ki, serialın ötən bölümlərində onun haqqında "məşhur iş adamıdır, Azərbaycan neftini bütün dünyaya daşıyır, Türkiyədə də çox böyük yatırımları var" ifadəsi işlədilib.

Bununla yanaşı serialda Əmir Qardaşovun hərbi məktəbi bitirdiyi və 2008-ci ildə Qaradağ, Ağdərə döyüşlərində yaralandığı, 2012-ci ildə atasının vəfatından sonra isə "Qardaşovlar" şirkətinə rəhbərlik etməyə başladığı vurğulanıb. Onun Rəşad Qardaşov adlı qardaşının isə ABŞ vətəndaşı olduğu bildirilir. Əmir Qardaşovun gəmilərinin dünyanın hər yerinə neft daşıdığı da xüsusi qeyd edilib.

Serialın ötən həftəki bölümündə Azərbaycanın ”Tut ağacı boyunca” və “Bu qala daşlı qala” xalq mahnıları səslənib.

Mahnını Oktay Kaynarca ilə Ozan Akbaba və digər aktyorlar səsləndirib.

Musavat. com xəbər verir ki, dizinin bu gecə yayımlanan 50-ci bölümündə də əsas hadisələr yenə Qardaşov obrazı ətrafında baş verib.

 Qardaşovun Türkiyədə silah fabrikası alması iki silah düccarının narahatlığını səbəb olur və onunla görüşmək üçün evinə gəlirlər. Onu "azəri bəbəsi" deyilməsi isə Qardaşovun səbrini daşırır və o, "Azərbaycan türkü deyəcəksən" bağıraraq silahı gələnlərdən birinə tuşlayır.
Ətraflı videoda izləyə bilərsiz...
 

BİA.az

скачать dle 12.1