Bia.Az

Siyavuş Novruzov qadın qətillərində SERİAL və TikToK-u SUÇLADI - VİDEO

Cəmiyyət
 20-12-2023, 01:51     225

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində deputat Siyavuş Novruzovun Milli Məclisdəki gender bərabərsizliyi ilə bağlı çıxışına münasibət bildirib. 

Musavat.com xəbər verir ki, deputat ailədaxili münaqişələrin səbəblərinin araşdırılmasının zəruriliyini bildirmişdi.

Qeyd edək ki, S.Novruzov çıxışı zamanı bunları demişdi: “Hər gün mətbuatda qadınların öldürülməsi ilə bağlı xəbərlərə rast gəlirik. Görürük ki, qardaş bacısını öldürdü, ər arvadını baltaladı və s. tipli xəbərlər var. Orta hesabla ildə 1000 qadın bu cür cinayətin qurbanı olur. Burada “TikTok”un, sosial şəbəkələrin rolu var. Hətta bu cinayətlər istənilən yerdə baş verir, küçədə, konsert salonlarında və s. Əvvəllər bu hadisələr şəhərdə çox idisə, indi kənd yerlərində də belədir. Kişi illərlə Rusiyada yaşayır, geri qayıdan kimi birinci həyat yoldaşını öldürür. İkincisi gedir xaricə, ailəsiylə maraqlanmır, gəlib arvadını, bacısını öldürür. Televiziyada da bunu tərənnüm edən serialların qarşısı alınmalıdır. Bilməyənləri də serial vasitəsi ilə öyrədirlər ki, necə öldürmək olar”. 
Ətraflı videoda:
скачать dle 12.1