Bia.Az

Azərbaycanla Türkiyə arasında gömrük xidməti SADƏLƏŞDİRİLİR

Cəmiyyət
 20-12-2023, 01:35     220

“Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması üçün lazımi işlərin tamamlanması ilə biz sadələşdirilmiş gömrük xidmətinə keçəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məqsəd işləri sürətləndirməkdir və bu iki ölkəyə töhfə verəcək:

“Bu məqsədlə gömrük xidmətlərinin sadələşdirilməsi önəmlidir. Bu istiqamətdə iki ölkə arasında işlər aparılır”.скачать dle 12.1