Elçibəyin iki müavini Bakıda eyni gündə öldü – mistik təqvim
Xəbər verdiyimiz kimi, professor Kamil Vəli bu gün vəfat edib. O, uzun illər idi Türkiyədə yaşayırdı.
Kamil Vəli xalq hərəkatında iştirak edib. 1992-93-cü illərdə Elçibəy hakimiyyətində baş nazirin müavini vəzifəsini tutub. AXC(P)də sədrin müavini olub.
Bir ay öncə Türkiyədə yaşayan daha bir azərbaycanlı alim Arif Acalov da Bakıda yol nəqliyyat qəzasında həyatını itirdi. O da Əbülfəz Elçibəyin müşaviri olmuşdu.
Jurnalist, şair Həmid Herisçi hər iki alimin ölümü ilə bağlı maraqlı yazı paylaşıb.
Globalinfo.az həmin yazını təqdim edir:
İkisi də Elçibəyin müavini işləmişdi.
İkisi də Bakıya təzəcə gəlmişdilər.
Qəşəng mistik hekayə mövzusudur. Aqata Kristi romanlarının ətri var bu ölümlərdə.
Tam mistkadır bu ölümlər.
Həyat da ölüm də sürətlə tam mistikləşir. Dönür dedektiv yazarların yeminə.
Əl fənərlərini cibinizə qoyub qaranlıqlara adlayın. İz götürən köpəklər artıq gecikdi.
Barmaq izlərinə diqqət edin.
Kriminalistləri və digərlərini dinləyin. Arayışlarını oxuyun.
Qələminizi itiləyin.
Əsl kriminal hekayədir. Mistik çalarla.
Məmnuniyyətlə bu haqda hekayə yazardım.
İki filoloq. Semiotik. Eyni 16 rəqəmi…
Serial qatil vallah Əzrailə oxşamır.
Daha realdır.”