Bia.Az

Ramiz Mehdiyev YAP-ın iclasına niyə çağırılmadı?

Cəmiyyət
 16-12-2023, 01:24     488

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib.

BUTA.TV Unikal-a istinadla xəbər verir ki, iclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib. Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev iclasa qatılanlar arasında görünməyib.

“Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağ olun”, - deyə R. Mehdiyev məsələyə münasibət bildirib.скачать dle 12.1