Bia.Az

Simon Mordu: “Azərbaycan Qafqazda Avropa İttifaqının mühüm tərəfdaşıdır”

Cəmiyyət
 16-11-2023, 01:33     398

“Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının (Aİ) mühüm tərəfdaşıdır”.

Musavat.com xəbər verir ki, bunu Avropa Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündən sonra özünün “X” səhifəsində yazıb.

"Aİ dinc və çiçəklənən Cənubi Qafqazın inkişafı üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləməyə davam edəcək", - paylaşımda deyilir. 
Screenshot_1.png (429 KB)



скачать dle 12.1