Bia.Az

"Sən demə dünya düzənini Qarabağdakı ermənilər qoruyurmuş" - ermənilər sayıqlamağa başladı

Cəmiyyət
 9-10-2023, 13:27     345

“Artsax” (ermənilərin Qarabağdakı separaçtı rejimə qoyduğu uydurma ad-red.) keçmiş dünya nizamını qoruyan sonuncu qala idi.

DİA.AZ musavat.com-a istinadən xəbər verir ki, belə bir xəstə fikir yerli şərqşünas Ruben Melkonyan tərəfindən irəli sürülüb.


“İsraildə vəziyyətin hazırda partlaması məni təəccübləndirmir, çünki dünya nizamı artıq mövcud deyil, heç bir yazılı və ya yazılmamış normalara riayət olunmur. Hesab edirəm ki, bu partlayış həm də təkcə Ermənistanı deyil, həm də dünya nizamını qoruyan son qala olan “DQR”in süqutunun nəticəsi idi. Dünya oyunçuları “artsaxı” qurban verərək, uzun müddət davam edə biləcək müharibələrə yol açdılar”,-deyə Melkonyan söyləyib.
Necə deyərlər, şərhsiz…
скачать dle 12.1