Bia.Az

Erməni səfir müharibə anonsu verdi: - "Yaxın həftələrdə başlayacaq!"

Cəmiyyət
 9-10-2023, 13:25     329

Ermənistanın Avropa İttifaqında (Aİ) səfiri Tiqran Balayan Brussels Signal-a müsahibəsində yeni müharibənin anonsunu verib.
Erməni diplomat iddia edib ki, Ermənistan yaxın bir neçə həftə ərzində yeni hərbi toqquşmalarla üz-üzə qalacaq. O, əlində heç bir fakt olmadan Azərbaycanın bu müharibəni başladacağını deyib: “Biz indi Ermənistana qarşı birbaşa təcavüz təhlükəsi altındayıq”.

Balayan Bakının İrəvanın Ermənistan ərazisində Zəngəzur dəhlizinin açılmasını tələb etdiyini də xatırladıb.

Erməni səfir təxribata əl ataraq Avropa İttifaqını Azərbaycana qarşı əməli tədbirlərə, sanksiyaların tətbiqinə çağırıb: "Onlar öz ordusunu Ermənistanın sərhədyanı rayonlarından çıxarmaqdan imtina edərsə, Azərbaycanla Aİ arasında viza məsələlərinə dair saziş dayandırılmalıdır".

Qeyd edək ki, Ermənistan ordusu İkinci Qarabağ müharibəsindən sonra da tez-tez təxribatlara əl ataraq Azərbaycanın mövqelərini atəş altında saxlaması ilə seçilir. Azərbaycan sərt şəkildə cavab tədbirləri görəndə isə İrəvan dünyaya bunu müharibə kimi təqdim edir.

AzVision.az
скачать dle 12.1