Bia.Az

Kosovada nə baş verir? -ABŞ və Aİ Priştinaya nədən təzyiq edir?

Cəmiyyət
 9-06-2023, 13:33     813

Avropa İttifaqı və ABŞ Kosovanı vəziyyəti gərginləşdirməməyə və NATO və Aİ-yə qoşulmaq istəyirsə, serblərin tələblərinə razı olmaağa çağırıb.

Balkan yarımadasına səfəri zamanı Vaşinqton və Brüssel emissarları Miroslav Layçak və Qabriel Eskobar Kosova hakimiyyətindən vilayətin şimalında gərginliyi azaltmağı, orada mümkün qədər tez yeni seçkilər keçirməyi və Belqradla dialoqa qayıtmağı tələb ediblər.

Eskobar deyib ki, görülən və ya görülməmiş tədbirlər Kosova ilə ABŞ arasındakı münasibətlərin bəzi hissələrinə təsir edəcək nəticələr verə bilər. "Əgər vasitəçilik missiyası uğursuzluqla başa çatarsa, bu, Kosovonun koordinasiyada maraqlı olmadığı anlamına gələcək", - deyə Eskobar bunun üçün bütün məsuliyyəti Kosovanın baş naziri Albin Kurtinin üzərinə qoyub. Eskobar bildirib ki, ABŞ əməkdaşlıq və koordinasiya arzusunu bölüşməyən siyasəti dəstəkləməyəcək. Belə olan halda Kosovo ABŞ-ın maliyyələşdirməsinin məhdudlaşdırılması ilə üzləşə bilər.
Bir ay əvvəl keçirilən bələdiyyə seçkilərini boykot edən yerli sakinlərin müqavimətinə baxmayaraq, binalar mayın sonunda Kosovo xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. Seçici fəallığının həddindən artıq aşağı olmasına (təxminən 3 faiz) baxmayaraq, seçkilər baş tutmuş elan edilib və etnik albanlar mer "seçilib".

Bu üzdən Kosovanın şimal bölgələrində və Metoxiyada yaranan gərginlik artıq səngiməyə doğru gedir. İlk dəfədir ki, ABŞ başda olmaqla aparıcı Qərb dövlətləri kosovalılarla bağlı açıq tənqidi mövqe tutur, hətta Kosova hakimiyyətinə qarşı sanksiyalar tətbiq edirlər.

Serbiya tərəfi iddia edir ki, Albin Kurti Ukrayna hadisələrinin lap əvvəlindən açıq şəkildə Qərblə Rusiya arasındakı münaqişədən öz məqsədləri üçün, Serbiyaya qarşı istifadə etməyə çalışır.

Artıq dərc olunan bəzi iddialara görə, Qərb Kosovanın şimalı (burada etnik serblər yaşayır) üzərində Priştinanın hakimiyyətini aradan qaldıracaq, yəni serblərə muxtariyyət verəcək. Lakin bu, NATO-nun Kosovanın şimalında hərbi mövcudluğunun gücləndirilməsi ilə müşayiət olunacaq. Uzun illərdən sonra ilk dəfə olaraq regiondakı süıkməramlı kontingentin şəxsi heyəti artırılıb.

Ötə yandan, Serbiya Rusiya ilə Qərb arasında kəskin qarşıdurma şəraitində Kosovanın müstəqilliyinin tanınması və Rusiyaya qarşı sanksiyaların tətbiqi istisna olunmaqla, demək olar ki, istənilən şərti qəbul etməyə hazırdır. Prezident Aleksandar Vucic bu iki tələbi yerinə yetirmək niyyətində deyil.

Bu yaxınlarda Kosovoda, daha əvvəl isə Belqradda baş verən hadisələrlə (söhbət Serbiyanın paytaxtında hökumət əleyhinə etirazlardan gedir) bağlı Vuçiçə xəbərdarlıq edilib: tərəf dəyişməyi xəyalınızdan belə keçirməyin. Ondan Rusiyaya qarşı nəsə etməyi tələb edirdilər. Vuçiç üçün bu haqda düşünmək belə çətindir - onun tərəfdarları əsasən vətənpərvərlərdir və belə bir addımı bağışlamazlar.

Araz Altayoğluскачать dle 12.1