Bizim ƏMRAH....

Dünəndən "Ağsu Yazarlar" Ədəbi Birliyinin üzvü, dəyərlimiz Əmrahın, birliyimizin üzvləri haqqında içdən süzülüb gələn səmimi fikirlərin oxuyub, bu insanın iç dünyasına bələd olduqca, ürəyimdən o qədər fikirlər keçdi ki, ən samballısı başlığa çıxardığım oldu.
İnsan nə qədər saf, saf olduğu qədər də təmiz olarmış, İlahi...?
Sözündə, fikirlərində heç bir xilsət, təmanna güdülməyən səmimi fikirlərlə dünəndən məni düşündürür...
Bağlılıq, sevgi məni riqqətə gətirirdi.
İlk gündən, birliyin bir üzvü kimi, ondan gördüyüm səmimiyyəti izlədikcə sevinirdim.
Böyüklərimizlə ehtiramla danışıb, yaşlılarmıza hörmət göstərib, gənc, yeni üzvlərimizə nümunə ola biləcək mədəniyyət, davranış sərgiləməsi ürəyimcə olan bir örnək nümunəsidir desəm, yəqin ki, mənimlə çoxu razılaşar.
QISA ARAYIŞ: ƏMRAH əslən dilbər guşəmiz olan Qarabağdan, əsrin faciəsiin yaşamış Xocalıdandı. Dediyindən eşitdiyimə görə elə o gündən Ağsuya gəlib məskunlaşıb. Ağsuluların içərsində Ağsulu olub... Birlik üzvlərinin yaradıcılığına göstərdiyi yanaşmanın özüdə çox maraqlıdı. Bu fikirləri yazanda, ilk ağlımdan keçən, Əmrah qardaşmızın saz sənətinə bağlılığı, aşıq sənətinin davamçısı olmağı düşüncəmə hakim kəsildi.
Axı uşaqlığdan, ağlım söz kəsəndən aşıq sənətinin aparıcılarını insan ruhunun ən həssas adamları hesab etmişəm. Onların qəlbi o qədər zərif, duyumludu ki, dillərində əzbər olan "Arifə bir işarədə bəsdi"- deyiminin doğruluğuna bir daha əmin oluram. Elə buna görə də, Əmrah qardaşımızdan bunları gözləməkdə düz qənaətimə sevinirəm.
Sevinirəm ona görə ki, həqiqətən Əmrah qardaşımız özünü qaynayıb - qarışdığı ağsululardan biri kimi göstərməsi, fikir bildirməsi, söz deməsi şəxsən mənim ürəyimcədir.
Birlik üçün çalışqanlığı, yoldaşlar arasında səmimiyyəti qoruyub saxlaması, dəyər verməsi qəlb təmizliyinin göstəricisidir...
Elə buna görə də, Əmrah qardaşmıza, ürəklə, BİZİM ƏMRAH deyərək, öz adımdan, birliyimiz adından can sağlığı, uzun ömür, sevincli günlər arzulayıb, çox sağ ol, BİZİM ƏMRAH deyirəm.
Elxas COMƏRD,
"Ağsu Yazarlar" Ədəbi Birliyinin üzvü.