Bia.Az

Əfv Komissiyasında ömürlük məhbusların müraciətlərinə baxılır

Cəmiyyət
 21-04-2023, 11:35     254

Əfv komissiyasında ömürlük məhbuslarla bağlı müraciətlərə baxılır.

BİA.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O bildirib ki, Əfv komissiyasının iclaslarında iştirak edir və müraciətləri oxuyur:

“Müraciətləri oxuyan zaman görürük ki, bəzi şəxslər əvvəlcə törətdikləri əməlləri inkar etsələr də, sonradan öz günahlarını qəbul edirlər. Ömürlük məhbuslarla bağlı müəyyən fikirlər var, müraciətlərinə baxılır. Lakin bu birbaşa dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Hesab edirəm ki, insanlara yenidən şans vermək lazımdır”.скачать dle 12.1