Bia.Az

Qorxunc bəyanat: "Rusiya dünyanı “nüvə apokalipsisi”nə qərq etməyə hazırdır"

Cəmiyyət
 1-04-2023, 15:56     376

“Soyuq müharibə” dövründən bəri nüvə silahından istifadə edilməsi üçün ən yüksək risk yaranıb”.

Konkret.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma üzrə Ali Nümayəndəsi İzumi Nakamitsu deyib. Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi ilə bağlı açıqlamasını xatırladan Nakamitsu, BMT üzvü olan bütün ölkələrin gərginliyi artıracaq və ya səhvlərə yol açacaq addımlardan qaçmasının lazım olduğunu dilə gətirib.
Nakamitsu tərəfləri Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) öhdəliklərini yerinə yetirməyə səsləyib: “Biz nüvə silahından istifadə riskinin Soyuq müharibə dövründən bəri ən yüksək həddə çatdığı dövrdəyik. Ukraynadakı müharibə bu riskin ən ciddi nümunəsidir”.
Rusiyanı Ukrayna ərazisindən çəkilməyə çağırır;
ABŞ Daimi Nümayəndəliyi adından danışan səfir Robert Vud isə Putinin qərarını sabitliyi pozan təhlükəli davranış kimi xarakterizə edib. Bunun beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olduğunu bildirib. Vud ABŞ-ın Rusiyanın Ukrayna ərazisindən çəkilməsi ilə bağlı çağırışını təkrarlayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə Qərb dünyasını Rusiyanı haqsız yerə ittiham etməkdə günahlandırıb. Ölkəsinin sülh və təhlükəsizliyi təhdid etmədiyini deyən Nebenzia heç bir öhdəlikləri pozmadan Belarusla əməkdaşlığı artırdıqlarını bildirib.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa isə iddia edib ki, Rusiya nüvə tərksilahının bütün arxitekturasını alt-üst etməyə hazırdır: “Rusiya BMT Nizamnaməsi və beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirmək əvəzinə dünyanı “nüvə apokalipsisi”nə qərq etməyə hazırdır”.
Rusiya prezidenti Vladimir Putin martın 25-də Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edərək, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik”. ifadəsini işlədib. NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz addım” kimi dəyərləndirib. Ukrayna Xarici İşlər Nazirliyi də BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsini xahiş edib.скачать dle 12.1