Bia.Az

Məxfi toplantı: SEPAH-çılar Xameneini topla vurmaq istəyib

Cəmiyyət
 31-03-2023, 10:43     252

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşün nəticələri dini rəhbər Əli Xameneiyə göndərilib.

Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.
“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.
Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:
Ali Baş Komandanlıq Aparatına
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə
10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)
Təsnifat: (hərbi) məxfi, arxiv sənədi
İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi
Əvvəli BURADA
General Qulam Əli Rəşid:
- Mən bugünkü toplantıda iştirak edən cənabların, əzizlərin çıxışlarını eşitdim və dinləyərkən xatırladım ki, son bir neçə gündə - etirazların başlanğıcını nəzərdə tuturam - biz üç dəfə əmrə tabe olmamaq, özbaşınalıq hadisəsi ilə rastlaşmışıq. Biz Tehranın bəzi yerlərini hədəfə alan qurulan toplar aşkar etmişik.
Topçuların bir qrupunun hədəfi Rəhbərin (Xamenei nəzərdə tutulur – red.) evi idi. Allaha şükürlər olsun ki, ordudakı qardaşların səyi ilə cinayətkarlar müəyyən edildi və cinayətkar hərbçilər saxlanıldı.
İndi mən dostlarımın, həmkarlarımın söhbətlərini eşitdim və silahlı qüvvələrdə ölkənin təhlükəsizlik imkanlarını faktiki məhv edə biləcək yeni məsələlərin şahidi oldum.
Hər gün elimizə çatan bülletenlər və gündəlik hesabatlardan məlum olur ki, silahlı qüvvələrin vəziyyəti hərtərəfli təhlükəlidir. Bu insanların ideoloji və dolanışıq ehtiyaclarını ödəmək üçün konkret addım atmaq çıxış yolu ola bilər.
Büdcəmiz yoxdur, ölkənin likvidliyi yoxdur kimi minlərlə başqa bəhanələrlə çıxış etmək silahlı qüvvələrin ehtiyaclarına cavab deyil. Belə olsa, silahlı qüvvələr öz dövlətlərinə üsyan qaldırar. Cənabların dediyi kimi, komandirin əmrinə tabe olmamaq sistemin və ölkənin təhlükəsizliyini məhv etmək deməkdir.
Büdcənin parlamentin təsdiqi olmadan silahli qüvvələrə verilməsi məsələsindən cənabların hamısının xəbəri var. Silahli qüvvələr bundan illərdir ki, faydalanır. Bu mövzuda parlament və hökumət arasında heç bir fikir ayrılığı da mövcud deyil.
Məhkəmə sistemi məsələsinə gəlincə, vəziyyət bəlldir. Biz şou yarada bilmərik. Korrupsiya ilə mübarizəni göstərməklə xalqı aldatmağa cəhd edə bilərik. Bu gün sosial şəbəkələrə əsaslanaraq deyə bilərik ki, doğru və yanlış məlumatlara, xəbərlərə sahib olan ağıllı millətlə qarşı-qarşıyayıq. Onları aldatmaq mümkün deyil.
Siz yuxarıdan məsələyə baxırsız. Yeni etiraz aksiyalarında onlardan interneti ala bilmədik. İnternetin kəsilməsi problemini təsirsiz edən Səudilərə və inkişaf etmiş dünya texnologiyasına Allah lənət eləsin (İran interneti kəssə də, peykdən İran sakinlərinə internetin verilməsi nəzərdə tutulur – red.). Digər tərəfdən bilməliyik ki, bizim bu təhlükəsizlik taktikamız artıq işləməyəcək. Bu etirazlar susdurulsa da, gələn il yeni hadisələr baş verəcək və onunla məşğul olmaq daha çətin olacaq.
Antikorrupsiya şousuna gəlincə, cənab Prezident (Rəisi) məhkəməyə sədr təyin ediləndə korrupsiyanın qarşısını almağa cəhd göstərdi. Mənim fikrimcə, Rəisi bu fürsətdən istifadə edərək, illər boyu məhkəmə sistemini əllərində saxlayan qüvvələrlə və burda olması lazım olan Hacı Laricani ilə (parlament sədri Əli Laricaninin böyük qardaşı, Məhkəmə Sisteminin sədri Sadiq Laricani nəzərdə tutulur – red.) aralarında olan problemlərini, Təbəri ilə problemi (Təbəri Sadiq Laricaninin vaxtında Məhkəmə Sisteminin maliyyə məsələlərinə baxan şəxs olub, onun çirkli işlərini icra edib, hazırkı president Rəisi Məhkəmə Sisteminin sədri olarkən külli miqdarda vəsait mənimsəyən Təbərini həbs etdirib – red.) məhkəmə şousu vasitəsi ilə həll etdi. İnsanlar bu şounu gördülər və güldülər.
Əgər Təbəri və onun kimilər o dövrdə korrupsioner və oğru olublarsa, o zaman hörmətli qardaşımız izahat verməli və bildirməli idi ki, cənab Ejeinin (Məhkəmə Sisteminin hazırkı sədri – red.) yüz iyirmi milyard büdcəsi cənab Trameşlunun (Məhkəmə Sisteminin maliyyə məsələlərindən məsul şəxs, Ejeinin çirkli işlərini yerinə yetirir – red.) əlində nə edirdi? Cənab Trameşlu, hansı lisenziya ilə bu böyüklükdə büdcəni əldə saxlayıb - parlamentin, yoxsa hökumətin ona verdiyi icazə əsasında bunu edib? İrandan getdiyini də bilirik. Ədliyyə sistemində isə təkcə bir Trameşlu yoxdur. Mənim sualım ondan ibarətdir ki, bu qədər büdcə ilə silahlı qüvvələrin mühüm bir hissəsinin məişət problemlərini həll etmək mümkün idi. Bu problemlər həll olmadığına görə, bundan sonra onların dövlət orqanları ilə münaqişəsi yaranacaq.
Əziz qardaşlar, mövcud sərvətin israfını və beytülmalın hədər olmasını Həzrət Əlinin dövrü ilə müqayisə edin, bəlkə sistemdəki qüsur və çatışmazlıqları düzəldə bilərik.
İndi cənab Möhsininin adını çəkdim. Niyyətim nümunə göstərmək idi, halbuki bilirəm ki, büdcələrin xərclənməsi təkcə məhkəmə sistemi ilə məhdudlaşmır və bu, hərtərəfli bir ağrıdır. Mənim etirazım mərkəzi ofisədir. Mərkəzi ofisin əməkdaşlarının ağılsızlığı o səviyyədədir ki, adi bir polkovnik özünün fikirlərini mənə, sistemin generalına qəbul etdirmək istəyir. Dünyanın heç bir yerində hərbi sistemdə belə məsələ görünməyib. Aşağa rütbəli məmur heç yerdə yüksək rütbəli generala tabeliyində olanlar kimi davranmaz.
Admiral Əli Rza Təngsiri:
- Hazırda ölkədə mövcud olan iğtişaşlar məsələsinə gəlincə, bilməliyik ki, bizim qırmızı xəttimiz sistemin və rəhbərliyin təhlükəsizliyidir.
Zabitin və tabeliyində olan qüvvənin əmrə tabe olmamasının bir səbəbi var, o da komandirin tənbəlliyi və bacarıqsızlığıdır. Təbii ki, hamımız ölkənin şəraitini bilirik.
Biz hamımız sanksiyaları, iqtisadi və əksinqilab hərəkatları və düşmənlərin təxribatçı rolunu bilirik. Ölkənin bəzi problemlərinin İslam Respublikasında həm təhlükəsizlik, həm də dövlət xadimlərinin bəzilərinin tənbəlliyinin nəticəsi olduğunu söyləmək çətindir. Lakin biz faktlara da baxmalıyıq.
Büdcədən danışan ağalar haqlı idilər, nəzərə alsaq ki, sistem müxtəlif səbəblərdən iflasa uğrayıb, indi onun səbəbini ideologiya zəifliyində, ya da ehtiyacların təmin olunmaması kimi qəbul etsək də, bilməliyik ki, rüşvət önəmli amildir. Silahlı qüvvələrin problemlərinin bir hissəsi rüşvətxorluq və qanunsuz gəlir əldə etməkdir. Bu sistemi zəiflədib.
Hərbi Dəniz Qüvvələrində biz dəfələrlə mal, hətta narkotik və silah qaçaqmalçıları ilə əlbir olmuş, gecə-gündüz müxtəlif saatlarda dəniz və çay yollarını açıq saxlayan yüksək rütbəli zabitlərlə qarşılaşımışıq. Onlar rüşvət alıb belə işlər görüb. Onlar rütbələrinin azadılması, işdən azad olunma və hərbi məhkəməyə göndərilmə ilə cəzalandırılıblar.
Məsələ burdadır ki, bu qüvvələri biz özümüz təlim və tərbiyə etmişik. Onların ideologiyalarını biz onlara öyrədirik. Onlar əsgərliyə gedəndə biz onların bütün ümidlərini, arzularını əlindən alırıq.
Bir müddət əvvəl general Marani ilə söhbət edirdim, o dedi ki, sərhədə nəzarət edən və sutkada on iki saata qədər sərt sərhəd post-patrul əməliyyatını yerinə yetirən hərbçi aylıq səkkiz-on milyon (tümən, təxminən 160-2000 dollar - red) maaş alır. Belə bir hərbçinin vəziyyəti əvvəlkilərdən qat-qat pisdir. Tehrandakı kazarmada kargüzarlıq edən hərbiçi isə ən azı onun iki qatı qədər maaş alır.
Müxtəlif xidmət yerlərində olan hərbçilərin iş şərayitinə diqqət yetirilməlidir.
Sərhəddə olan ordunun hərbçiləri qaçaqçılarla gündəlik müharibədə, silahlı qarşıdurmalarda iştirak edir. Onların həyatları ovuclarındadır.
Dostların dini və ideoloji problemlərindən danışmasına gəlincə, onu deyim ki, biz dəniz qüvvələri arasında bu səbəbə görə həbs etdiklərimiz var.
Baş verən etirazlara gəlincə, indi ağalardan biri etirazçını fitnəkardan ayırmaq barədə danışdı. Mənim fikrim də eynidir. Etirazçılarla fəsad törədənlər arasında fərq olmalıdır. Siz dəyənək-çubuq hazırlayıb, hamını dəyənəklə döyə bilməzsiniz.
İnsanların arasına gedib xalqın problemlərini, dərdini görmək lazımdır.
Hökumətlə bağlı məsələyə gəlincə, biz hərbi dəniz qüvvələri sahəsində həbçilərin şəraitinin yaxşılaşdırılması üçün heç bir əməli fəaliyyət görmədik.
Hərbi büdcələrin vəziyyəti bəllidir və təmin edilir. Mənim şikayətim cənab Rəisi hökumətinin silahlı qüvvələrə kifayət qədər diqqət ayırmaması və baş çəkməməsindəndir.
Yadımdadır, Əhmədinejadın dövründə mən regional komandanlıqda olarkən o, ən azı iki dəfə qoşunlara baş çəkmişdi və qoşunlar hiss edirdi ki, prezident cənub adalarının istisində gəlir və onlarla söhbət edir, problemlərini soruşur.
Qoşunları yeməklə təmin etməkdən başqa heç bir iş görülməsə də, hiss olunur ki, prezident ağır vəziyyətdədir, xahiş edirəm, qoşunların məsələsinə diqqət yetirin.
Ardı var...скачать dle 12.1