Bia.Az

Eldar Əzizov 68 yaşlı tanınmış pensiyaçını baş direktor təyin etdi

Cəmiyyət
 10-03-2023, 15:24     163

Bakı Şəhər İcra Hakimiyyətində kadr təyinatı baş tutub.


Manset.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müavafiq əmri ilə ötən gün səhhətində yaranan problemlərə görə öz ərizəsi ilə vəzifəsindən azad edilən Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin baş direktoru Həsrət Əmrahovun yerinə onun müavini Mirdamət Seyidov təyin edilib.

Həsrət Əmrahovun tezliklə Türkiyədə ağır əməliyyat keçirəcəyi səbəbindən Bakı merindən işdən azad edilməsini xahiş etdiyi qeyd edilib.
 
Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinin baş direktoru təyin edilən Mirdamət Seyidovun 68 yaşı var.скачать dle 12.1