Bia.Az

Siqareti atanda orqanizm necə düzəlir?

Cəmiyyət
 10-03-2023, 15:14     159

Təbiblərin yeni araşdırması siqaretin ən çox beyinə ağır təsir göstərdiyini, demensiya (yaddaş pozğunluğu, kəmağıllıq əlamətləri) yaratdığını göstərir. 

Novator.az bildirir ki, gəlinən nəticəyə görə, tütünün tərkibindəki zəhərlər qan damarlarını zədələyir, beyin hüceyrələrini və neyronları öldürür, bu isə ürəktutma, insult və demensiya ehtimalını artırır.

İngiltərənin Kamberlend qraflığındakı xəstəxanalardan birinin məsləhətçi həkimi Liz Makdonald qeyd edir ki, siqaret çəkməyənlər bu zərərli vərdişə aludə olanlardan 10 il çox yaşayır.

Mütəxəssis bunları da vurğulayır:
– siqaretdən imtina 20 dəqiqə sonra ürək döyüntüsünü normaya salır;
– 8 saatdan sonra orqanizmdə oksigenin səviyyəsi bərpa olunur, qanda dəm qazının səviyyəsi yarıbayarı azalır, 2 sutka sonra dəm qazı orqanizmdən tam sovrulur, ağ ciyərlər bəlğəmdən təmizlənir, dadbilmə və iybilmə qaydasına düşür;
– 72 saat sonra nəfəsalma asanlaşır, enerji artır;
– 2-12 həftə sonra qan dövranı, ürəyin və əzələlərin qidalanması asanlaşır;
– 6 həftə sonra psixi sağlamlıq yaxşılaşır;
– 3-9 həftə sonra hər cür öskürək, xırıltılı nəfəsalma keçir;
– 1 il sonra ürəktutma riski iki dəfə azalır…скачать dle 12.1