Bia.Az

İrandan qanlı ssenari: Süleymaninin qisasını bu şəxs ala bilər – FOTO

Cəmiyyət
 17-02-2023, 12:26     236

Sayif Əl-Adil “Əl-Qaidə” terror təşkilatının faktiki lideri olaraq tanındı. BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatında bu haqda məlumat öz əksini tapıb. Əsas diqqətçəkən məqam isə yeni “Əl-Qaidə” liderinin terror təşkilatını İrandan idarə etməsidir.

Maraqlıdır, İranla “Əl-Qaidə” arasında ittifaq mümkündürmü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, müxtəlif ölkələrin kəşfiyyat xidmətləri əllərindəki faktlara əsaslanaraq İranla “Əl-Qaidə” arasında əməkdaşlığın olduğunu bildiriblər:
“Tehran “düşmənimin düşməni mənim dostum olmasa da, tərəfdaşımdır” prinsipindən çıxış edə bilər. Əgər “Əl-Qaidə” başda ABŞ olmaqla Qərb ölkələrini hədəf seçibsə, bu, Tehranın da maraqlarına uyğundur.
Tehran İslam İnqilabı Keçikçiləri Korpusunun ABŞ-ın raket zərbəsi ilə öldürülən komandiri Qasım Süleymaninin intiqamını başqalarının əli ilə almaq istəyə bilər.
Digər tərəfdən Sayif Əl-Adil Misirin keçmiş xüsusi təyinatlılarının zabiti olub, müxtəlif yerlərdə böyük əməliyyat təcrübəsi olan bacarıqlı komandirdir, sonrakı illərdə terrorçu təşkilata qoşulub.
Rəsmi Tehran “Əl-Qaidə” ilə əlaqələrinə dair məlumatları hər zaman təkzib edib. Lakin bu gün molla rejimi ilə “Əl-Qaidə” arasında ittifaq mümkündür”.

Turan Rzayevскачать dle 12.1