Bia.Az

Qardaşıma hücum edənlər bunu unutmasınlar! – Rüstəmxanlı

Cəmiyyət
 17-02-2023, 12:22     148

“Şahbaz Xuduoğlunun ədəbi dil haqqında yazısını da, ona olan rəyləri də anlayışla qarşılamaq lazımdır. Hər kəs öz fikrini ifadə etməkdə sərbəstdir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri xalq şairi, deputat Sabir Rüstəmxanlı qardaşı, “Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun Azərbaycan dilinin imkanlarının zəif olması və Türkiyə türkcəsini dövlət dili qəbul etməyimizin zəruriliyi haqda fikrinə münasibət bildirərkən deyib.
O deyib ki, bir təklif irəli sürməklə dil dəyişilməz, ona görə də bu qədər əsəbi rəylərə ehtiyac yoxdur:
“Məncə, ana dilimizin hörmətli müdafiəçiləri Şahbazın yazısındakı, daha doğrusu, yazının alt qatındakı bir kinayəyə, ağrıya fikir verməyiblər. Şahbaz deyir ki, evində, küçə-bazarda ana dilində danışmırsansa, uşağını ana dilində məktəbə qoymursansa, ana dilində buraxılmış kitabları almırsan və oxumursansa, 32 ildir müstəqilik, hələ də rus dilinin gizli və açıq təbliğatını aparırsansa, ana dilinin qorunması və inkişafı haqqında düşünüb real iş görmürsənsə, ana dilində buraxılan kitablar satılmırsa, bəlkə, dünyada daha geniş yayılan və bizim də rahatca anladığımız və istifadə etdiyimiz Türkiyə türkcəsində oxuyub yazaq. Bu, bir həyəcan siqnalıdır. Yatanları oyatmaqdır!  Güzgünü qınamaqdansa özümüzə baxaq!
Şahbaza hücum çəkməkdənsə dilimizin qayğısına qalaq, onu qoruyaq, başqa dillərə heyranlıqdan əl çəkək, ləyaqətimizi uca tutaq. Şahbazın ana dilimizə xidmətinin onda biri qədər xidməti olmayanların onu ittiham etməsi gülüncdür.
O, ədəbi dilimizin taleyinə acıdığı və yandığı üçün belə yazıb”.скачать dle 12.1