Zəlzələ yaradan tektonik silahlar varmı? – Hərbi analitik iddialara aydınlıq gətirdi
Türkiyə və Azərbaycan mediasında, eləcə də sosial şəbəklərdə zəlzələlərin tektonik silahlar vasitəsi ilə törədildiyinə dair çoxsaylı iddialar yayılır. Ekspert qismində çıxış edən şəxslərin belə əsaslandırmaları isə iddiaların daha geniş yayılmasına gətirib çıxarır.
Doğurdan da belə silahlar varmı və ondan istifadə olunurm?
Hərbi analitik Aqil Rüstəmzadə iddialara aydınlıq gətirib.
“AzPolitika.info” ekspertin şərhini təqdim edir: “Tektonik silahlardan, yəni zəlzələ törətməyə qadir olan silahlar istifadə edilmir.Dağıdıcı zəlzələlərdən sonra, bir qayda olaraq, ABŞ və ya Rusiya silahlı qüvvələri ilə bağlı sui-qəsd nəzəriyyələri ortaya çıxır. Bunların əsas məğzi tektonik silahlardan istifadəsi etməklə süni zəlzələlər yaradılımasını ehtiva edir. Oxşar xəbərlər məsələn, 2010-cu ildə Haitidə, 1988-ci ildə isə Spitakda baş vermiş zəlzələ ilə bağlı mətbuatda dərc olunub.
.Tektonik silahlardan istifadə ilə bağlı problemi ondan ibarətdir ki, haqqında danışılan atom bombası məlumdur. Lakin nüvə silahının hara, nə qədər və hansı dərinliyə qoyulması ilə bağlı elmi yanaşmalar yoxdur. Bu barədə ən böyük uğuru keçmiş Sovet İttifaqı əldə edib. Ən dərin quyular qazmaqla yer qabığının öyrənilməsinə çalışılıb. Partlayışların yer qabığına təsirini öyrənmək üçün müxtəlif proqramlar həyata keçirilib. Lakin hər şey yer qabığı haqqında kifayət qədər biliklərin əldə olunmasına istiqamətlənib.
Hətta fərz etsək ki, belə bombaları partladıblar. Son 2 gündə dünyanın heç bir yerində radiasiyanın artması, elektromaqnit impulsu, işıq şüalanması qeydə alınmayıb. Yəni nüvə partlayışının zədələyici amilləri var. Bu səbəbdən yayılan iddialar doğuru deyil”.