Bia.Az

Ali Məhkəmədən Aqil Hümmətov qərarı

Cəmiyyət
 8-02-2023, 11:33     166

Fevralın 7-də Ali Məhkəmə məhbus AXCP üzvü Aqil Hümmətovun şikayəti üzrə yekun qərar çıxarıb. Bəraət və azadlıq istəyi yer alan şikayət təmin olunmayıb, Aqil Hümmətova kəsilmiş cəza dəyişməz saxlanıb. Xəbəri “Turan” yayıb.

Aqil Hümmətov 2021-ci il avqustun 11-i Bakıda tutulub. Rəsmi ittihama görə, cəbhəçi paytaxtın Zirə qəsəbəsində qonşusu Yamən Məmmədovu bıçaqlayıb.

Xəzər Rayon Polis İdarəsi ibtidai istintaqı ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı üzrə aparıb.
Aqil Hümmətov heç kimə xəsarət yetirmədiyini bildirir.

2021-ci il noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi cəbhəçiyə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. 2022-ci il fevralın 18-də Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlayıb.

Üç övlad atası olan Aqil Hümmətov məişət tullantılarını çeşidləyib satmaqla dolanıb, sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb.

Fəal 2020-ci ildə məhkəmə qərarı ilə Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında üç ay məcburi müalicəyə cəlb olunub.


 O və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.скачать dle 12.1