Bia.Az

DİQQƏT! Bunları etsəniz, 2023-cü il UĞURLU KEÇƏCƏK

Cəmiyyət
 29-12-2022, 15:57     185

Qarşıdan gələn 2023-cü illə geridə qoyduğumuz 2022-ci ilin sağlamlıq hesabatına baxmaq üçün yaxşı vaxtdır. Bu il diqqətinizi özünüzə qulluğa yönəltmisinizmi? Lazımi həkim müayinələrindən keçmisinizmi? Ailənizə və münasibətlərinizə vaxt ayırmısınızmı?

Musavat.com "Washington Post"a istinadən sağlamlığın beş əsas sahəsinində görüləcək işlərin siyahısını və maraqlı məsləhətləri oxucularına təqdim edir:

Sağlamlıq yoxlamaları üçün bir cədvəl təyin edin
_businessinsider_1deebd320c7c1e1.jpg (29 KB)
Müntəzəm olaraq getdiyiniz həkim yoxdursa, 2023-cü ili həkim tapacağınız il olaraq təyin edin.
Müntəzəm tibbi müayinələrə getməyinizi təmin etmək üçün bir ipucu: İllik müayinələrinizi doğum gününüzə uyğunlaşdırın. Bu, hər il sadiq qalacağınız vərdiş yaratmağınızı asanlaşdıracaq və sonuncu dəfə müayinələri nə vaxt etdiyiniz zamanları xatırlayacaqsınız. Əgər doğum gününüz ilin sonuna düşürsə və həkimə getməyinizdən uzun müddət keçibsə, sizin üçün mənalı olan başqa bir zaman seçin. Bu, valideynlərinizin və ya həyat yoldaşınızın doğulduğu ay ola bilər.
Yuxu rejiminizi qaydaya salın
20162F032F082F552FGettyImages.55.jpg (215 KB)
Yuxu rejiminə diqqət yetirmək nisbətən sadə bir sağlamlıq həlli olsa da, bir çox insan bu problemlə mübarizə aparır. Normal yuxu çox vacibdir. Ürək sağlamlığı, çəki artımı və hətta evlilik qayğıları da daxil olmaqla bir sıra problemlərdən müntəzəm olaraq daha yaxşı bir gecə yuxusu almaqla qurtulmaq mümkündür.
Keyfiyyətli yuxu üçün ipucu: Yataq otağınız düzgün temperaturda, qaranlıq, sakit, yataq dəstiniz rahat olmalıdır. Yatarkən bir neçə gün ərzində zəngli saat qurmağı dayandırın və səhər saat neçədə oyandığınıza baxın. Zəngli saatınızdan bir neçə saat sonra oyanırsınızsa, vücudunuz sizə bir neçə saat əvvəl yatmağınızı söyləyir.
Oturaq həyatına son qoy
20212F062F142F792Fa0019580f3ff4a.jpg (175 KB)
Əgər məşq etmək vərdişinə yiyələnməkdə çətinlik çəkirsinizsə, yeni strategiyanı sınayın. Uzun müddət oturduğunuzu anladığınız zaman ayağa qalxın və hərəkət etməyə başlayın. İdman zalına getməyə ehtiyac yoxdur. Sadəcə ev işləri ilə məşğul olun, gəzintiyə çıxın. Araşdırmaya görə, uzun müddət oturmaq ürək xəstəliyi, diabet və hətta xərçəng riskini artıra bilər. Hər gün idmanla məşğul olsanız belə, günün qalan hissəsini oturaq vəziyyətdə keçirməməlisiniz. Araşdırmalar göstərir ki, gün ərzində saatlarla oturmaq səhər idmanının faydalarını yox edə bilər.
Yeni bir araşdırma göstərir ki, hər gün bir neçə dəqiqə sürətinizi artırsanız - metroya sürətli addımlarla getsəniz, ev işləri görsəniz və ya pilləkənlərlə qalxsanız, sağlamlığınızı yaxşılaşdıracaqsınız.
Münasibətlərinizə vaxt ayırın
pexels-fauxels-3184418-scaled-e1.jpg (139 KB)
Bir çox araşdırmalar göstərir ki, güclü sosial bağlar yaşlandıqca insanı daha sağlam edir. Bu il sosiallaşmağa qərar verin. Məsələn, iş yoldaşınızla həftəlik nahar yeməyi planlaşdırın. Kitab klubuna və ya digər sosial qrupa qoşulun. Dəniz kənarında gəzintiyə bir dostunuzu da dəvət edin. Unutmayın ki, başqa insanlarla əylənmək sağlamlığınıza böyük sərmayədir.
Pəhrizinizə müxtəliflik əlavə edin
20152F092F192Fc22Fsalad.bb28c.jp.jpg (664 KB)
Yeni il yaxınlaşdıqca bir çox insan arıqlamağı hədəfləyir. Bunun əvəzinə bu əlçatan, əyləncəli həlli sınayın: Pəhrizinizi daha maraqlı edin. Alimlər müəyyən ediblər ki, qida rasionunuz nə qədər rəngarəng olarsa, bağırsaq mikrofloramız da bir o qədər müxtəlif olacaqdır.
Mikrofloranı yaxşılaşdırmağın sürətli yolu daha çox göyərti və ədviyyatlardan istifadə etməkdir. Salatlarınız üçün bir növ kahı əvəzinə, müxtəlif yarpaqlı göyərtilərdən istifadə edə bilərsiniz. Səhər yeməyinizə müxtəlif meyvələr əlavə etmək və daha çox qoz-fındıq, toxum, lobya və taxıl yemək faydalı olacaq.

BİA.az
скачать dle 12.1