Bia.Az

Vasif Talıbov haqqında yazmağa qorxurdum - Eynulla Fətullayev

Cəmiyyət
 29-12-2022, 13:31     273

Vasif Talıbov haqqında bir kəlmə mənfi söz yazmadım. Yazmayacam da... Çünki Talıbov hakimiyyətdə olanda toxunulmaz şəxslər siyahısında idi. Onun barəsində bir kəlmə mənfi rəyə görə jurnalisti həbs edib divan tutardılar.

Yenipress.az xəbər verir ki, bu sözləri jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında yazıb.

“İndi niyə yazmalıyam ki? Zamanında yazmalı idim. Amma qorxurdum, yazmırdım. Eləcə də Ramiz Mehdiyev və digər nüfuzlu məmurlar da bu siyahıya daxildir...

Hazırda vəzifədə olan məmurlar var ki, qanunsuzluqlar törədir, eyni üsullarla çalışırlar. Onlar haqqında yaza bilərəm? Təhlükəlidir. Yenə həbs edib divan tutarlar... Onlar haqqında yaza bilmirəmsə Vasif Talıbov haqqında niyə yazmalıyam? Hamını aldatmaq olar, vicdandan savayı”, - deyə o əlavə edib.скачать dle 12.1