Bia.Az

Vasif Talıbovun qəribə qadağaları: “Maşallah”, “inşallah”… – Maraqlı siyahı

Cəmiyyət
 22-12-2022, 15:09     183

Vasif Talıbov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olduğu müddətdə bu bölgədə maraqlı qadağalar tətbiq etmişdi.

“Yeni Sabah” bildirir ki, qeyri-rəsmi olan bu qadağalar bəzən insanlara ciddi olmayan addım kimi görünürdü. Lakin bunların hər birinin ciddi səbəbləri və arxasından Talıbovların biznes maraqlarına xidmət edən məqsədlər vardı.
“Yeni Sabah” gündəmi nəzərə alaraq həmin qadağaların tam olmayan siyahısını hazırlayıb:
1. Naxçıvan MR-nın ərazisində kəndlərdə çayxana qadağası. Şəhərlərdə 1-2 çayxana ola bilərdi ki, orada da domino, nərd və digər oyunlara icazə verilmirdi.
2. Avtomobillərə hətta qanunun icazə verdiyi tündlükdə plyonka və pərdə qadağası
3. Yalnız NazLifan markalı avtomobillərin taksi fəaliyyətinə icazə verilirdi
4. Taksi sürücüsü avtovağzal, aeroporat da daxil olmaqla istənilən yerdə avtomobildən düşüb müştəri çağıra bilməzdi
5. Taksi sürücüləri vahid geyimdə olmalı idi
6. Bir rayonun sakini olan taksi sürücüsü digər rayona müştəri apara bilər, lakin başqa rayondan müştəri götürə bilməz
7. Hərbçilər şəxsi avtomobildən istifadə edə bilməz
8. Naxçıvan nömrə nişanı olmayan avtomobillər MR ərazisində yalnız 1 ay müddətində qala bilər
9. Bahalı maşınla Naxçıvana getmək olmaz
10. Köhnə maşınların MR ərazisinə girişi qadağandır
11. Hər kənddə yalnız 1 ədəd mağaza ola bilər
12. Azərbaycandakı market şəbəkələrinin və mal paylayan firmaların MR-da fəaliyyəti qadağan idi
13. Şəhərlərdə olan yas mərasimləri məscidlərdən başqa yerdə keçirilə bilməz
14. Yas mərasimlərində yemək qadağandır. Yalnız çay və qənd: Hətta süfrəyə limon da qoymaq olmaz
15. Qəbir daşları standart olmalı, heç bir qəbir daşına mərhumun fotosu  vurulmamalıdır
16. Dövlət idarələrində çalışanlar işə qoluaçıq geyimdə gələ bilməz
17. Əhali yalnız sexlərdə bişirilən çörək almalı idi. Təndir qoymaq qadağandır. Evdə çörək bişirmək mümkün deyil. Çünki un satışı da qadağan olunmuşdu
18. MR ərazisində motosiklet sürmək qadağandır
19. Yuyulan paltar yalnız evdə qurudulmalıdır. Eyvanda, həyətdə paltar asmaq qadağandır.
20. Hər həftəsonu iməclik keçirilməlidir
21. Televiziyanın efirindən “maşallah”, “inşallah”, “Allah qoysa” ifadələrini işlətmək qadağan idi
22. Naxçıvan radiolarında xarici musiqi, yerli rep, rok qadağası mövcud idi.
23. Sevgililərin əl-ələ tutaraq küçədə gəzməsi…скачать dle 12.1