Bia.Az

FHN-nin İNZİBATİ BİNASINDA XINAYAXDI... - Nazir açıqlama verdi + VİDEO

Cəmiyyət
 20-12-2022, 00:46     184

Sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin xanım işçilərinin, ehtimal ki, qurumun inzibati binasında xınayaxdı mərasimi keçirdiklərini əks etdirən görüntülər yayılıb.

Videoda xanım işçilərin xidməti geyimlərində qadın məclisi təşkil etdikləri öz əksini tapıb.

.Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Unikal”a açıqlama verib: “Bu, şəhid ailəsinin qızının məclisidir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var? Tərbiyəsiz hal var?"

"Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”, - deyə nazir qeyd edib.



скачать dle 12.1