Bia.Az

Mir Şahində xoşum gələn bir amil var siyasi xəttinə görə -- keçdiyi körpülərin hamısını yandırır, tarana gedir! -- AYDIN CAN YAZIR

Cəmiyyət
 19-12-2022, 12:16     212

Noyabr ayı əlamətdar aydır - o qədər əziz günləri var ki... başda Zəfər Günü olmaqla!Mən birinci Mir Şahinin Vaxtı...ndan başladım - Azərbaycan teleməkanında saysız-hesabsız idiomların, aforizmlərin, silliogizmlərin, ilklərin Müəllifi Mir Şahindən: Sözün, Sözünün, Sözümüzün Ağası, Sarsıntılar Dahisi,  Müstəqil Azərbaycan Mətbuatının Gənclik Ömrü!Heç kim hesab etməsin ki, Mir Şahini müdafiə etmişəm - indi Mir Şahini müdafiə etmək anasını-bacsını söydürməyə bərabərdir! Mən Mir Şahini... sadəcə, təbrik, tərənnüm və təqdim etmişəm! Bir gözəl şeiriylə birgə:Dağ çək bağrım başına,Sonra dağlarla oyna!Gecə mənim, gün sənin,Götür, ağlarla oyna! Sözün yandırdığı qədər uzaq, Sözün üşütdüyü qədər yaxın...

"Qarabağ” komandasını niyə çox sevirik?ÇÜNKİ o komanda bizim futbol sifətimizdir!Hərçənd AFFA, PFL, HK hər ləhzə bizim əsəblərimizlə oynayır, çempionatımız multfilm kimidir! Eləmi?Mais Barxudarovu, Hikmət Mirzəyevi niyə çox sevirik?ÇÜNKİ onlar bizim hərbçi sifətimizdir!Hərçənd ordu rəhbərliyi bərbad gündədir, gündə birini agent çıxarmaq olar, lap o kinoda Eldəniz Zeynalov demiş, lazım olsa, əgər... Üstəlik də Xankəndi, Xocalı, Xocavənd hələ də bizim deyil, Qarabağ Azərbaycan olsa da, Dağlıq Qarabağ problem kimi iki il əvvəl gorbagor edilsə də!NƏHAYƏT, biz İlham Əliyevi niyə sevirik? Bəli, bəli, məhz sevirik!ÇÜNKİ Əlahəzrət bizim Qələbə Sifətimizdir, hərçənd məmurlar monopolist, oliqarxlar tayfa-klan təmsilçisi, korrupsiya ölkəni başına alıb, rüşvət inzibati-amirlik sisteminin vizit vərəqi!Amma və lakin...Bax, elə də Mir Şahini sevirik!Bəli!!! Sevirik Mir Şahini – söyə-söyə, öyə-öyə, uma-uma, ona üz tuta-tuta və ondan üz döndərə-döndərə!!!ÇÜNKİ O... bizim Sözümüzün Ağası – nə dünənimizdən imtina, nə də bu günümüzdə inkar edəsiyik - əlbəttə ki, vicdan varsa!ÇÜNKİ O... Sözünün Ağası!Hərçənd... bu gözəlim Azərbaycanda at izi it izinə qarışıb, mətbuat qalıb "julik”, "suka” əlində, "mətbu generallar”ın istisnasız hamısı döyüş düşərgələrini tərk etmiş, sazişlər bağlamış bir vaxtlar Yezid adlandırdıqları ilə... Sözün və Mətbuatın "Muxtar Səqəfi”ləri qismində çıxış edənlər isə, cəmi-cümlətanı...  "sorosyata”-"porosyata” parazitləri (Konqodan ta İran Ettelaatı, Amerika Senatı, Rusiya QRU-su, İsrail Mossadı, FETÖ peşmərgəsi, Səudun vəhhabi mürşidləri, PKK simpatizanları və s), "i... ne bolşe!”BELƏ BİR MƏQAMDA jurnalist professionallığından əlavə, həm də vətəni qorumaq siyasi cəsarəti nümayiş etdirmək lazım!Müxalif düşərgədə siyasi cəsarət sərgiləyən iki-üç imza var – onlar da məlum niyə!İqtidar düşərgəsində "cəsarət nümayişi” yalnız müxalifətin üzdə olanlarını söyməkdə bariz şəkildə görünür, fəqət... dövlət savaşında, dövlətçilik anlamında yerini müəyyən etmə nəinki bu günün, son 30 ilin ən ağrılı yeri!Azərbaycan jurnalistikası son 30 ildə ən azı 3 dəfə özünü yandırıb:1988-ci ildə bir dəfə - ziyalı adına dişə vurmağa 15 kişi güclə tapıldı! Ayıbımızı meydanı dolduran xalq örtdü! Nə qədər peşəkar jurnalist siyasi korafəhmlik ucbatından sıradan çıxdı!1993-cü ildə daha bir dəfə - iyun qiyamında jurnalistika və jurnalistlər nəinki özünü yandırdılar, hətta ayaqaltılıq oldular - əlbəttə ki, istisnalar heç nəyi dəyişmir!Növbəti 10 il isə... kül içində köz olmaq iddiası oldu: hərçənd biz o qədər də müdrik toplum olmadığımızdan, kimin kimə işləməsini nəinki dəqiqliklə təyin edə, heç təxmin etməyə qabil olmadıq!Uduzan, alışan, yanan jurnalistika oldu!Bizim gördüklərimizdən anladığımız sadəcə bu oldu ki, hə, hökümət bir qolu da ələ keçirdi və bununla mübarizəyə qalxanlar üzdə dava açsalar da, axşamlar kafelərdə-barlarda bir yerdə yeyib içdilər, qabaqlarına bir neçə əldən keçib gəlmiş tulapayının tör-töküntüsü ilə razılaşdılar!Şişirdilən imzalar isə bəs qədər oldu!Mir Şahin... bu oyunların heç birində yox idi!Mir Şahinin əsas dayağı olduğu ANS-lə birgə bacardığı bu oldu ki,  kifayət qədər balanslı mövqedə qaldı – jurnalistikanın obyektivlik və peşə prinsipləri üstündə nə qədər iqtidarı mümkün və lazım idisə təbliğ etmək, o qədər təbliğ etdi, nə qədər xalqın dərdini, müxalifətin mövqeyini yaymaq mümkün idisə, o qədər əl yetirdi!Və... artıq mətbuatın dövlət tərəfindən satınalmaları başa çatandan sonra... qeyri-ixtiyari və qeyri-iradı zamanın diqtəsi tələb etdi: sağ qulağının sağrısını sol əlinlə başının üstündən yox, elə adi qaydada çənənin altından tutub dartmaq lazımdır!Bu, artıq Mir Şahinin günahı deyildi... 2005-ci il üçün ölkədə müstəqil mətbu orqan qalmamışdı!Bu satınalmaları həyata Mir Şahin keçirməmişdi – idman kostyumunda redaksiyalara hazır disketlərdə təbliğat materiallarını o daşımamışdı!Mir Şahin bugünkü fəsadlara görə ona qarşı olanların ittihamlarını haqq etmir, ən azından ona görə ki, bu hakimiyyəti legitimləşdirməyə 1993-cü ildən 2005-ci ilə qədər xidmət etməyib, deputat olmayıb, seçkilərin nəticələriylə mübarizə aparmaq onun işi olmayıb, kimlərin işi olmalıydısa, Mir Şahinə ünvanlanan ittihamlar onlara ünvanlanmalıdır!Mir Şahin siyasi partiya rəhbəri olmayıb!Mir Şahin Az.TV-nin sədri olmayıb!Az.TV-nin departament rəhbərləri ilə masa bölüşənlərlə, Nizami Xudiyevə pul daşıyanlarla, Arif Alışanova dəstək olanlarla bir süfrədə oturanların Mir Şahini nədəsə ittihamı öz ana-bacısını söyüş üçün hərraca çıxarmağa bərabərdir! Vaxtında Heydər və İlham Əliyevlərin hakimiyyətinin legitimləşməsi üçün seçkilərdə vəkillik edənlərin indi bu gün Mir Şahini ittihamı şərəfsizlikdir!ÇÜNKİ Mir Şahin həmişə öz yerində olub – studiyasında və Sözünü studiyadan deyib: Ağa kimi, kimlərinsə qulbeçəsi və qulfərəsi kimi yox! Bu gün dediyini sabah təkzib etməyib – nə araq içəndə, nə də araq içməyəndə!Dünən də jurnalistika prinsipi ilə bildirirdi, bu gün də! Bu gün, sadəcə, hamıdan artıq dərk edir ki, artıq İlham Əliyev və Mehriban Əliyeva bu ölkə, bu xalq, bu dövlət üçün kimdir!Bu xalq qəbirdəki ölü kimi bir şeydir – özbaşına qoysan, kəfəni yırtar!Dünən, yəni Əbülfəz Elçibəy ölənəcən onun Təbriz haqqında dediklərinə görə aşağılayanlar bu gün onun dediklərini sitat gətirirlər!1988-ci ildə Heydər Əliyevin əleyhinə yazanlar 1993-cü ildə onun üçün partiya qururdular!Eləcə də bu gün... Mir Şahini linç hədəfi edənlər heç üç-beş il keçməz, onunla bir sırada durmaq üçün yer uğrunda mübarizə aparacaqlar!Sadəcə, bu gün onu linç edənlər Azərbaycana Davosdan baxa bilmirlər, Avropa Şurasının, Avropa İttifaqının, NATO-nun, BMT-nin tribunalarından eşidə bilmirlər!Azərbaycan 1988-ci ildəki meydan ağlından bir santim də irəli addımlamayıb, amma Azərbaycan iqtidarı üç çevrilişin qabağını alıb, iki qiyamı yatırdıb, saysız-hesabsız agentura şəbəkəsini zərərsizləşdirib, kifayət qədər oliqarxı, korrupsioneri dəmir barmaqlıqlar arxasına atıb, artıq icra başçılarının, nazirlərin həbsi günün xəbəri qədər adiləşib! Dəfələrlə seçki və referendum keçirilib, dünyaya etiraf etdiriblər demokratik keçirilməsini! Mir Şahin neyləsin, ləğv elətdirsin seçkinin dünya tərəfindən qəbul olunmuş nəticələrini? Bunu öz partiya sədrinizdən niyə tələb etmirsiniz ki?Bunları Mir Şahin görür!Bunları Mir Şahini həzm etməyənlər görmür!Və... evində arvadına qabağına bir stəkan çay gətizdirə bilməyənlər, azından iki-üç dövlətin xüsusi xidmət orqanlarının əlində təhdid vasitəsi olan monopolist oliqarx məmurları topdan və pərakəndə silib süpürməyi tələb edir!Azərbaycan meteohəssas, tektonik coğrafiyaya malik olduğu kimi, dövlət olaraq da özülü bərkiməmiş bir ölkədir!Hələ mən – sıravi bir jurnalist bilirəm və illərdir də deyirəm ki, Azərbaycanda Rusiya xüsusi xidmət orqanlarından rəsmən maaş alan 80 min vətəndaş var!Dünəndə-srağagündə İrana işləyən 19 nəfər həbs olunub!PKK peşmərgələri, Vəhhabın simpatrizanları, İranın aftafaları, Amerikanın "sorosyata”ları, Rusiyanın "porosyata”ları bu ölkədə zəlzələ törətmək gücündədir!İlham Əliyev Əbülfəz Elçibəy ağlında deyil desin ki, İranla sərhədi ordan bağlayacam, Rusiya  qoşunlarını burdan çıxaracam, bitəcək hər şey!30 il Azərbaycanda 20 faiz ərazidə oturdu rus... ordusu çıxarılandan sonra, bu gün də 2 faizində qalıb, rəsmən çıxmağı da 2 ildən sonra bilinəcək!Bunları hər bir jurnalist bilməlidir – eynən Mir Şahin kimi!Və hər bir jurnalist tərəfində durduğu cəbhəni Mir Şahin kimi qorumağı, təbliğ etməyi bacarmalıdır!Var... Mir Şahinə əks cəbhədə Mir Şahin qədər lider saydığı üçün bütün linçlərə sinə gərən?Bir şərtlə ki, sonda cəbhələrini dəyişməyəcən əskilməsinlər!Mir Şahində xoşum gələn bir amil var siyasi xəttinə görə - keçdiyi körpülərin hamısını yandırır, tarana gedir! Futbolda pressinq anlayışı var, pressinqi tətbiq etməyi bacardınsa fasiləsiz, nəticə əldə edəcəksən!Azərbaycan siyasəti pressinqi bacarmayan və uduzan müxalifətdir – Mir Şahin sözdəmi onu qalib etsin? 30 il müxalifətdə qalmaq həddən artıq müddətdir – həm fiziki cəhətdən məhv olur resursların, həm də sıralarda seyrəlmə baş verir! Fizikada materialların müqaviməti adlı fənn var! Müxalifətin müqaviməti Allahın xəzinəsi deyil ki tükənməz olsun! Müqavimət gücü tükənən müxalifətin əvəzinə jurnalist yox, jurnalistika mübarizə apara bilər! Mir Şahin neyləsin ki, Azərbaycanda mübarizə apara bilən jurnalistika cəhənnəmə, heç jurnalist yoxdur!Bu iqtidardan ev alıb, bu iqtidardan ad alıb, sosial şəbəkədə bülbül kimi yox e, bülbülün bülbül olmayan üçüncü balası kimi gündəyməz oynadan psevdopatriotlar guya obyektiv imzalar imici sərgiləyir! Bax, o anda demək istəyirəm – bu iqtidara qarşı bu iqtidarın bir komandasının rəhbəri matros olanından tulapayı alıb bu iqtidarın admiralına qarşı çıxmaq qəhrəmanlıq deyil, qəhbəlikdir!Qəhbəliyinizi Mir Şahinin üzərindən rəsmiləşdirməyin! Sizin onsuz da qəhbə olmağınızı bilirik – bunu təyin etməyə xüsusi şkala və barometr lazım deyil. Əlinin altında işlədiklərinizin adı belə bəs edir, nəinki fəaliyyəti!Mir Şahinin 60-ı haqlayan ömrünü bir neçə səmimi abzasla da təbrik etmək olardı. Amma bugünkü qaragüruh şivəni dönəmində, özü demiş, qulbeçə və qulfərələrin xaotik qaqqıltılarını boş buraxmaq, daşlamamaq günahdır!Sıradan bir olayla fikrimi çatdırım: dünən Eynulla Fətullayev ən qatı düşmənlərindən biri idi Mir Şahinin! Mir Şahin ona "Bədbəxt adam” filmini həsr etdi! Bu gün Eynulla Fətullayev Mir Şahinə "Master” deyir və onunla şəkil paylaşmaqdan qürur duyur!Bəli, Eynulla Fətullayev sizin və mənim dediyim adamdır, amma Mir Şahin neyləsin ki, Eynulla Fətullayev sizin hamınızdan ağıllı çıxıb, doğru qərar qəbul edib və Mir Şahinin olduğu yolda, Mir Şahinin yanında sizlərin boş saxladığınız koordinatda olmağa qərar verib?Rauf Arifoğlu ilə türmədən çıxandan sonra mənim təşəbbüsümlə görüşdük – türmədə olanda "Turan”ın informasiyasından adımı çıxarmışdı "Azadlıq”, amma "Yeni Müsavat” vermişdi. Ona görə özümə söz vermişdim ki, görüşüb təşəkkür edəcəm o ana görə... 10 il söyüb buladığım adamı 20 il qonorarsız, maaşsız tərəfində durduğum adamın nakişiliyinə görə!Rauf bəyə nə əcəb mənimlə görüşə razılıq verdiyini soruşdum, hətta kitabımı da çox yüksək qiymətləndirib, əməlli pul verdi, qayıtdı ki, Aydın bəy, bir insanın bir insanla namus davası, ədavəti yoxdursa, ümumi birlik naminə əməkdaşlıqdan imtina etməzlər!Bəli, kimsə hesab edirsə ki, Mir Şahinlə namus ədavəti var, öz işidir, deyə bilmərik bağışla Mir Şahini, yox, əgər dava bu ölkə və bu vətən üçündürsə, Mir Şahinlə bir sırada düzlənməyə dəyər! Və Vacibdir!ÇÜNKİ... Mir Şahin tərəfində olduğunda uzaqlığından belə isindiyin, həqiqətlərinin əleyhinə olanda yaxınlığında belə üşüdüyün ayrıca qalaktikadır!Bu jurnalistika özünəməxsus jurnalistikadır! Ayrıca qalaktikadır – lap elə Alıim Qasımov misalı, musiqimizin trümolası sayaq!Lap elə "Qarabağ” futbol klubumuz kimi – beş oyun uduzur, iki qələbə sevincinə bürünürük!Hikmət Mirzəyev, Mais Barxudarov qədər fəxr edəcəyimiz Söz Sərkərdəsi – düzdür, bütün zirvələr fəth olunmayıb, amma heç olmasa əldə etdiyimiz zirvələr ki dəyərlidir!Mir Şahinin yanından gedənlər Sözün yandırdığı adamlardır!Mir Şahinin yanında olanlar Dövlətin və Sözün Səltənətinin cəngavərləri!Mir Şahinlə döyüşməkdənsə, Mir Şahini əldə etmək üçün vuruşmaq lazımdır – sizi istiqamətləndirənləri boş verin! Onları zamanın məhkəmələrində mühakimə edəndə onlar üçün bəraəti istəyə biləcək bir Söz Hakimi varsa, o da elə Mir Şahindir!Siz Mir Şahin ola bilməzsiniz özünüzdən sonra bütün körpüləri yandırasınız!Mir Şahinə aparan yollar Mir Şahinin getdiyi yola hər zaman keçid verdiyi nöqtələrdə birləşir!Təmas nöqtələrini o qədər əxlaqla üzün və düzün ki, üz-üzə gələndə ananızdan-bacınızdan utanmayasınız – siz Mir Şahini həddən artıq axmaq bir tendensiya ilə ittiham edirsiniz! Ki... adam Dövlətini, Onun Başçısını təqdir, təbliğ, təşviq və təqdim edir!Adama gülərlər ki, haranınsa Sorosuna, kimlərinsə mərceyi-təqlidinə, xristianın Papasına, Afrikadakı Əşirət başçısına satılanlar...  öz doğma ölkəsinin rəhbərini təqdir etdiyi üçün söyülür, linç edilir!Əlbəttə, 60 yaşın qənşərində duran birinə nəyi necə etməlisən tövsiyəsini buyurmaq korafəhmlikdir, nəinki siyasi yetkinlikdən uzaqlıq!Ən azından, borcumuzdur, hər kəsə, o cümlədən və ilk növbədə Mir Şahinə seçiminə hörmətlə yanaşmaq mükəlləfiyyətimiz var, qalan bütün hallarda dediklərini təkzib etməyə istənilən qədər auditoriya var - əgər kontrfakt varsa!Biz ad günündə təbrik etməyi, öləndə başsağlığı verməyi bacarmayan toplumuq  - nəzərə alaq! Nəzərə almayanlar iqnor və delete edə bilər! Demokrasidə çarə tükənməz!Demokratiyanın da bir üzüdür Mir Şahin!Bütün cəbhəçilər, müxalifətçilər demokrat ola da bilər, olmaya da, amma bütün demokratlar cəbhəçi olmaya bilər! Bunun liberal-, sosial-, radikal-, anarxist- və s qolları var!Mir Şahinin 60 yaşa Sözünün üstündə qədəm qoymasını İlahi lütf sayıram, əminəm ki, bizlər bir gün jurnalist kimi unudularıq da, amma Mir Şahin ən azından doğru olaraq tərəfini, yönünü seçdiyi Sözün iqtidarı hesabına da olsa, hələ uzun müddət Söz Səltənətində Sərkərdə olaraq qalacaq!Çünki Müxalif Sözün nə qüdrəti var, nə sərkərdəsi! İllah da ki Mir Şahin kimi əjdahanı yıxmaq üçün savaşa görə!YAZIYA SÖZARDI: Müslüm Maqomayev rəhmətə gedəndə bir yazı yazmışdım lent.az-da. Dövlət xadimi olmuş Ağsaqqallardan biri zəng etdi, təşəkkürünü bildirdi, yazının dəyərini belə ifadə etdi: yüz milyonlarla sovet vətəndaşının gənclik ömrü idi Müslüm Maqomayev, ona layiq yazmısan, təşəkkür edirəm!Bəli, Mir Şahin Müstəqil Azərbaycan Mətbuatının tərəfsiz, qərəzsiz, vicdanlı ömrü olub ANS-lə birgə! Hadisələrə REALlıqlar üzərindən baxaq, Təhlil və Analiz Mərkəzi olan beynimizin qabiliyyətini düşüklük qrafasına yendirməyək! Mən oturmuşam kənddə - nə bu dövlətdən, nə bu jurnalistikadan, nə bu xalqdan heç bir umacağım yoxdur! Sadəcə, bu yazıyla bir daha mesaj verdim: bu xalqın hərə öz doğru mövqeyini bəlli edənəcən illərlə söylədiyi iftiralara qulaq asmaqdan, yumşaq desək, iştahı küsüb! Dağ çək bağrım başına,Sonra dağlarla oyna!Gecə mənim, gün sənin,Götür ağlarla oyna! Buyur, gediş sənindi,Onsuz da gedəcəksən!"Şah!” deyirsən, bilirəm...Şahı mat edəcəksən.Sənə yol xətalıdı,Atı, topu ziyada...Qaçırıq taxta boyu,Sən atlı mən piyada.Elə udardım səni,Pis oyunçu deyiləm.Amma sənə, tək sənə,Uduzmaq istəyirəm.Təslim olum əlinə,Gözünə təslim olum,Baxışınla sehrlə,Ovsunla, tilsim olum...Ancaq sənlə açılsın,Sirri dodaqlarımın...Qoy başına and içim-Sənin ayaqlarının...Hə beləcə oynayaq,Bir taxta üzərində!!!Sən şah taxtu-tacında,Mən piyada yerindəUduzduqca uduzum,Bəxt çətin tapar məni...Qoy oyunçu aparsın,Di götür, apar məni!!! 
araz.az xəbər portalı.скачать dle 12.1