Bia.Az

2023-cü ilin yubilyarları

Cəmiyyət
 14-12-2022, 20:31     208

2023-cü il Azərbaycanın bir çox məşhur şəxsinə yubiley yaşı gətirir.

 Novator.az bildirir ki, xarici işlər naziri Ceyhun Bayramov, siyasətçi Gültəkin Hacıbəyli, ilahiyyatçı, hüquq müdafiəçisi İlqar İbrahimoğlu, jurnalistlər Azər Qaraçənli, Zamin Hacı, Anar Niftəliyev, Eldəniz Vəliyev, Müşfiq Ələsgərli, Bəhruz Quliyev, ədib, publisist Əkbər Qoşalı, pianoçu Murad Adıgözəlzadə, müğənni Gülyanaq Məmmədova, aktyor, televiziya aparıcısı Azər Axşam, veteran futbolçular Emin Ağayev, Aslan Kərimov, Mahmud Qurbanov 50 yaşa çatırlar.

Dövlət xadimləri Fərhad Əliyev, Nazim İbrahimov, parlamentin deputatları Ziyafət Əsgərov, Cavanşir Feyziyev, Rüfət Quliyev, Arzu Nağıyev, Etibar Əliyev, İltizam Yusifov, Məşhur Məmmədov, Novruzəli Aslanov, Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov, tarixçi və filoloq Güllü Yoloğlu, şərqşünas Məsiağa Məhəmmədi, filoloq, publisist İlham Məmmədli, rejissor Cəmil Quliyev, jurnalistlər Qənimət Zahid, Şahin Əliyev, Mir Şahin, Ehsan Zahidov, televiziya aparıcısı Kamran Həsənli, müğənnilər Elxan Şirinov, Mətanət İsgəndərli, idman xadimi Xəzər İsayevin 60 yaşı tamam olur.

Baş nazirin müavini Əli Əhmədov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, dövlət xadimi, akademik Əli Abbasov, iqtisadçı alim, deputat Əli Məsimli, siyasətçi, deputat Asim Mollazadə, jurnalist, diplomat Elmira Axundova, jurnalist, nasir, deputat Aqil Abbas, filosof alim Əbülhəsən Abbasov, politoloq Qabil Hüseynli, jurnalist, alim, pedaqoq Zeynal Məmmədli, jurnalist Flora Xəlilzadə, aktyor Əjdər Həmidov, veteran futbolçu Səməd Qurbanov 70 yaşı geridə qoyurlar.скачать dle 12.1