Bia.Az

Abdullayevi qoruyan GİZLLİ ƏLLƏR: Sabiq rektor niyə ekstradisiya olunmur?

Cəmiyyət
 30-11-2022, 13:38     525

Azərbaycan dövlətinə qarşı xəyanət yolu tutan, hələ rektor olduğu dönəmlərdə ölkənin təhsil sisteminin məhv olması üçün əlindən gələni əsirgəməyən, vəzifə səlahiyyətlərindən yararlanaraq milyonlarla vəsait mənimsəyən və büdcəyə ziyan vuran Elşad Abdullayev haqda qalmaqallar səngimək bilmir. ABU-nun sabiq rektoru qanundan qaçmağa nail olaraq Fransadan siyasi sığınacaq aldıqdan sonra da Azərbaycana qarşı rəqəzli mövqe sərgiləyir. Fransadakı erməni lobbisinin dəyirmanına su tökənlərdən birinin də məhz Abdullayev olduğu haqda dəfələrlə təkzibolunmaz faktlara söykənən materiallar yayımlamışıq. Özü ilə yanaşı Moskvada yaşayan oğlunun da ermənilərlə iş birliyində olması Abdullayevlərin Azərbaycana düşmən kəsildiklərini bir daha sübuta yetirir.

Gündəmtv.az xəbər verir ki, ABU-nin sabiq rektoru Elşad Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilir və barəsində cinayyət işi açılıb. Lakin o ölkədən qaçaraq Fransada məskunlaşıb və oradan siyasi sığınacaq alıb. Barəsində beynəlxalq axtarış elan olunmasına rəğmən Abdullayevin hələ də ölkəyə ekstradisiya olunmaması, onu güclü əllərin himayə etdiyini deməyə əsas verir. Bu qüvvələrin Fransadakı erməni lobbisi və Fransa hakimiyyətinin ermənipərəst vəzifəli şəxsləri olduğu isə heç kimə sirr deyil.
   
Qeyd edək ki, yuxarıda göstərilən maddələrlə Abdullayev haqqında 20 avqust 2013-cü il tarixində beynəlxalq axtarış elan olunsa da, sabiq rector bunu təkzib edərək əks fikirlər səsləndirir. Belə ki, o beynəlxalq axtarışda olmadığını deyir. Həmçinin Azərbaycan Respublikası daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi 19.03-2021-ci il tarixdə 19241R-4221 nömrəli Fuad Rzayevə göndərdiyi cavab məktubunda bəyan edib ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı –İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu üçün təşkilatın baş katibliyi tərəfindən Elşad Abdullayevin beynəlxalq axtarışı 2020-ci ildə dayandırılıb. Eyni zamanda Azərbaycanın Rusiyadakı səfirliyinin Konssulluq şöbəsindən Moskvada yaşayan həmyerlimiz Fuad Rzayevə  T.Sadıqovun imzası ilə göndərilən məktubda qeyd edilib ki, Elşad Abdullayev beynəlxalq axtarışda yalnız MDB məkanında, yəni müstəqil Dövlətlər Birliyi ərazisindədir. Amma Elşad Abdullayev bəyan edir ki, bu illər ərzində bir neçə dəfə Rusiyada olub və ona heç bir söz deyən tapılmayıb.  

Göründüyü kimi burada bir sıra ziddiyyətli məqamlar mövcuddur. Belə ki, Azərbaycanın Baş Prokurorluğu Beynəlxalq Univeristetin sabiq rektorunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilən elşad Abdullayev barəsində 20 avqust 2013-cü il tarixdə beynəlxalq axtarış elan edildiyini açıqlayıb. Lakin İNTERPOL Abdulayev haqqında elan edilən beynəlxalq axtarışın dayandırıldığını vurğulayıb. Əgər doğurdan da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilən Elşad Abdullayev barəsində 20 avqust 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilibsə, o zaman İNTERPOL necə və hansı əsasla sabiq rektorun beynəlxalq axtarışını dayandırıb?  Digər bir tərəfdən Azərbaycanın Rusiyadakı səfirliyinin Konssulluq şöbəsindən Fuad Rzayevə  T.Sadıqovun imzası ilə göndərilən məktubda yazılanlar hansı məntiqlə izah edilə bilər.

Görünür, Azərbaycan dövləti tərəfindən barəsində rəsmi olaraq cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılan Elşad Abdullayevi qoruyan gizli əllər bu şəxsin ekstradisiyasına da maneə yaradır. Həmçinin  barəsində beynəlxalq axtarış elan edilsə də, İnterpol-un katibliyi Azərbaycan dövlətinin almış olduğu qərarı görməzdən gələrək onu həyata keçirməkdən imtina edir. Ona görə də Elşad Abdullayev əl-qolunu sallayaraq dünyanı rahatca gəzə bilir. Üstəlik Azərbaycan əleyhinə məkrli planlarda yer alır və onların həyata keçirilməsində düşmənlə iş birliyi yaratmaqdan çəkinmir. İnanırıq ki, İNTERPOL tərəfindən verilən bu ziddiyyətli qərara aydınlıq gətiriləcək və haqqında beynəlxalq axtarış elan olunan Elşad Abdullayev nəyahət ki, Azərbaycana ekstradisiya edilərək ölkəmizin qanunları ilə əməllərinə görə cəzalandırılacaq.
Gundemtv.azGundemtv.azGundemtv.azGundemtv.az
скачать dle 12.1