Bia.Az

Ağcabədidə şəhid Ceyhun Hüseynovun anım mərasimi keçirildi - FOTO/VİDEO

Bölgə
 22-10-2022, 17:47     872

Oktyabr ayında haqq savaşımızda qəhrəmancasına vuruşaraq şəhid olan Ceyhun Hüseynovun anım mərasimi keçirildi.

Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, media nümayəndələri iştirak etdilər.  
İcra başçısı Rafil Hüseynov Vətən müharibəsi zamanı Azərbaycan ordusunun keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi hünərdən danışıb, şəhidin ailə üzvlərinə başsağlığı verdi. 
Sonda məktəblilər şeirlər səsləndiriblər.
Qeyd edək ki, Ceyhun Möhübbət oğlu Hüseynov 5 oktyabr 1991-ci ildə Arazbar kəndində dünyaya göz açıb. 2009-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vursa da, hərbçi olmaq arzusu onu ordu sıralarına qayıtmağa şövq edir. 2014-cü ilin mart ayından etibarən müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. O, aprel döyüşlərinin də iştirakçısı olub. 
Vətən müharibəsi zamanı Xocavənd rayonu istiqamətində döyüşlərdə iştirak edib. Öz istəyi ilə döyüşün ən qaynar nöqtəsinə, minaatan komandiri olaraq qatılıb. Yüksək peşəkarlığı ilə düşmənin qorxulu yuxusuna çevrilən Hüseynov Ceyhun 16 oktyabr 2020-ci il tarixdə şəhadətə ucalıb.
 Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, o ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Pərvin ŞAKİRQIZI 
Fotolar Mais İbrahimovundurскачать dle 12.1