Ağcabədinin icra başçısı Rafil Hüseynovun növbəti səyyar qəbul-görüşü Salmanbəyli kəndində keçirilib - FOTO/VİDEO

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Salmanbəyli kəndində keçirilib.
Şəhid Əlfi Məmmədov adına kənd tam orta məktəbinin akt zalında keçirilən görüşdə RİH başçısının müavini, aparatın şöbə müdirləri, RİH başçısının Salmanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və rayon idarə və təşkilatların rəhbərləri iştirak edib.
Tədbirdən öncə icra başçısı, idarə rəhbərlərilə birgə birinci Qarabağ Müharibəsi şəhidi, Ağcabədinin qəhrəman oğlu Əlfi Məmmədovun ucaldılmış büstünü ziyarət edərək, qarşısına qərənfil qoyublar.
Qəbulda kənd sakinləri Heydər Məmmədov, Şahin Bayramov, İsa Zeynalov, Hüsü Məmmədov, Heydər Zeynalov və başqaları göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.