Bia.Az

DİN Xaçmazdakı qəza barədə məlumat yaydı

Bölgə
 4-04-2020, 14:50     408

DİN Xaçmazdakı qəza barədə məlumat yaydıDaxili İşlər Nazirliyi (DİN) Xaçmazda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "bia.az"a verilən məlumata görə, aprelin 3-ü saat 20 radələrində Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.скачать dle 12.1