Tovuzda 47 yaşlı kişi zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
"İxatv.az"in Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini (şəxsiyyəti dəqiqləşdirilir-red) içdiyi alkoqoldan zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.