Bia.Az

Şəkidə piyadanı avtomobil vuraraq öldürdü

Bölgə
 14-03-2020, 14:10     411

Şəkidə piyadanı avtomobil vuraraq öldürdü

Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"bia.az"in Şimal-qərb bürosunun məlumatına görə, qəza ötən gün axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun İkinci Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan piyada yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Piyada hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1