Kürdəmirdə avtomobilin vurduğu şəxs xəstəxanada öldü

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə "bia.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, martın 12-i saat 18 radələrində Kürdəmir şəhəri ərazisində Qaraqocalı kənd sakini A.Dünyamalıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Sabir Babayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.