Bia.Az

Ağsu Rayon Mərkəzi Xəstəxanasında COVİD19 virusu əleyhinə peyvəndlərin vurulması davam edir

Bölgə
 19-02-2021, 11:51     567

Hazırda 50 yaşdan yuxarı vətəndaşlara üçün nəzərdə tutulan vaksinlərin vurulması və aparılan proflaktik tədbirlərlə tanış olmaq məqsədilə Xeberci.info olaraq xəstəxanada olduq. Əhalimizin kütləvi şəkildə gələrək peyvənd edilməsi üçün müraciət etməsinin şahidi olduq. Könüllü olaraq xəstəxanaya gələn vətəndaşlar dövlətimizin vətəndaşların sağlamlığının qeydinə qalmaq üçün atdığı bu addımı dəstəklədiklərini bildirdilər. Göstərilən tibbi xidmət,tibbi personalın diqqəti və qayğı ilə yanaşması insanlar tərəfindən yüksək qiymətləndirilir. Qeyd edəkki, əhaliyə peyvəndlərin vurulması qısa zamanda start götürülməsinə baxmayaraq biz orda olarkən getdiyimiz gün nəzərə alınmamaq şərtilə 932 nəfərə peyvənd vurulmuşdu. Rəsmilərin bildirdiyənə görə, 18 fevral 2021-ci il tarixində 200 dən çox insan vaksinasiya olunub. Biz də öz növbəmizdə insanların qeydinə yüksək həssaslıqla qalan bütün insanlara təşəkkürümüzü bildiririk


Ağsu Rayon Mərkəzi Xəstəxanasında COVİD19 virusu əleyhinə peyvəndlərin vurulması davam edir











скачать dle 12.1