Bia.Az

İqtisadiyyat naziri müşavirindən QALMAQALLI AÇIQLAMA: ”Ağdamda 600 evin birində bir kişi tapmadım”

Bölgə
 7-02-2021, 15:52     1 084

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz tərəfindən düşmən məğlub edildi . Və xalqımız, dövlətimiz düşmənlə savaş da qələbə ilə çıxdı- işğalda olan torpaqlarımız azad edildi, Azərbaycanın ərazibütövlüyü bərpa edildi. Bu sevinci və Qələbəni bizə yaşadan Ali Baş Komandanımıza və ordumuza dərin təşəkkürümüzü bildirirk.

Məlumdur ki, düşmənlə üz-üzə və qeyri-bərabər döyüşdə düşmən məğlubiyəti ilə barışmayıb mülkü əhalini belə ağır artilleriya ilə atəşə tutdu və xeyli sayda mülki vətəndaşlar şəhid oldu və onlara məxsus mülklər içtimai iaşə obyektləri dağıdılaraq yerlə yeksan edilmişdir. Düşmənin bu məkirli planından ziyan görən Ağdam rayonun da adı var. Ağdam rayonunda xeyli sayda mülki vətəndaş və mülki obyektlər ziyan görüb.
Dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Ölkə Prezidentinin tabşırıq və sərəncamlarından dolayı dəymiş ziyanın aradan qaldırılması üçün siyahıya alınma prosesinə başlanmış və dövlət vəsiti ayrılmışdır. Hazırda Ağdam rayonunda siyahıya alma prosesi başlanıb və sona çatdırılmışdır. Lakin siyahıya alma prosesində xeyli sayda qeyri-obyektivliyə yol verilmişdir. Hansı ki, mülkləri tamamı ilə məhv edilmiş vətəndaşların siyahııya alınma prosesi zamanı güya ki, həmin obyektlərə ziyan dəymiş kimi qeyd edilmişdir. Baxmayaraq ki, həmin obyeklər dağılmış və qəzalı vəziyyətə düşmüşdür.

Bütün bu saxtakarlığın başında dayanan İqtisadiyyat Naziriyi yanında Vergi Xidmətinin məsul vəzifəli şəxsi (Müşavir) Tariyel Quliyev dayanır.
BİA.az bildirir ki,  “Reportyor”-a müraciət edən Ağdam rayon Zəngişalı kənd sakini Quliyev Sərxan Vidadi oğlu bildirir ki, ailəsinə məxsus obyekt və ev dağılmış və qəzalı vəziyyətə düşmüşdür ki, o da dəymiş ziyanla hesablanmalı idi. Lakin Tariyel Quliyev qərəzli şəkildə həmin obyekləri zərər çəkmiş kimi siyahıya almışdır. Buna etiraz edən Sərxan Quliyevə Tariyel Quliyev kobud cavab verərək onu və Ağdam kişilərini təhqir etmişdir.

Belə ki, Tariyel Quliyev S.Quliyevə zəng edərək onun harda olduğunu soruşmuş, S.Quliyev isə komisiya üzvülərindən bir nəfər nümayəndəni  Bərdə rayonunda yerləşən “ASAN” Xidmətinə apardığını bildirərək evdə olmadığını demişdir. Bu zaman Taryel Quliyev ona aqressiv şəkildə və kobudcasına “mən səni çox gözləməliyəm” demişdir. S.Quliyev isə ona sizin mənə dediyiniz nümayəndəni gətirmişəm.

Daha sonra S.Quliyev ona dağılmış evlərini onlara göstərəcək bir nəfər şəxsin-kişi xeylağının olmadığını dedikdə, harınlamış məmur tipi T.Quliyev ona “600 evə baxış keçirmişəm və qarşıma bir kişi çıxmayıb, sən çıxmasan nə olacaq ki” deyərək kobud şəkildə təhqir etmişdir. Bundan sonra vətəndaş S.Quliyevlə məmur tipi T.Quliyev arasında mübahisə yaranmışdır. Mübahisə zamanı T.Quliyev ziyan çəkmiş vətəndaş S.Quliyevə “indi mən sənə dəymiş ziyanı elə qiymətləndirəcəm ki, heç sənə icra başçısı da kömək edə bilməyəcək.”

S.Quliyev bildirir ki, T.Quliyev dediyi kimi də etdi. Yəni dəymiş ziyanı dağılmış və qəzalı vəziyyətə düşmüş kimi yox zərərçəkmiş kimi syahıya alaraq qiymətləndirib.

S.Quliyev onu da bildirir ki, aralarında yaranmış mübahisədən sonra ona məxsus obyektin VÖEN şəhadətnaməsini tələb edib almış və sonradan həmin şəhadətnaməni it-bata salmışdır. Və bundan sonra sənədlərini geri tələb edən S.Quliyevin adına VÖEN yox, atasının adına həmin üzərində vergi ödəyici hüquqları atasının adına verilmişdir.

PS. Tariyel Quliyevin nəzərinə: “Ağdamın qadınları da kişiləri  qədər mərd və qeyrətlidir. Qapını açan  qadın olsa da, əsas odur ki, qapını döyən kişi olsun.”

Qeyd olunanlarla bağlı T,Quliyevin mövqeyini dərc etməyə hazırıq

BİA.AZ
скачать dle 12.1