Bia.Az

Arutyunyan istefaya gedir

Bölgə
 16-12-2020, 19:02     427

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Dağlıq Qarabağdakı müharibəni daha tez və daha az itki ilə dayandırıla biləcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Novosti Armenia" agentliyi Arutyunyanın açıqlamasını sitat gətirərək məlumat verir.
Separatçıbaşının sözlərinə görə, bu 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var.

“Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkiləri var idi”, - Araik Arutyunyan deyib.

Arutyunyanın sözlərinə görə, ikinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və daha az itkilərlə erkən bitirməyin mümkün olub-olmaması, üçüncü sual - Ermənistan Silahlı Qüvvələrini əvvəlcədən müharibəyə daha yaxşı hazırlamaq mümkün deyildimi?

"Son iki sualın cavabları müsbətdir, amma detallarını növbəti dəfə təqdim edəcəyəm", - Arutyunyan bildirib.

Arutyunyan istefaya hazır olduğunu da açıqlayıb, ancaq "prezident və parlament seçkilərinin çətinliklərinin öhdəsindən gəlmək" üçün şərt irəli sürdü. Eyni zamanda, Arutyunyan "Azad Vətən" partiyasının sədri vəzifəsindən imtina etdiyini əlavə edib. (Virtualaz.org)скачать dle 12.1