Bia.Az

Naxçıvanda da təhsil müəssisələri bağlandı? - RƏSMİ AÇIQLAMA

Bölgə
 3-03-2020, 18:59     108

Naxçıvanda da təhsil müəssisələri bağlandı? - RƏSMİ AÇIQLAMA
Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəsisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılmayacaq

Bu barədə NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, muxtar respublikanın bütün ali və orta ixtisas, eləcə də ümumitəhsil məktəblərində hər il olduğu kimi bu ildə lazımi tibbi profilaktik və dezinfeksiyaedici tədbirlər ən yüksək səviyyədə aparılıb. Və bu proses bu gün də müvafiq qaydada davam etdirilir. Muxtar respublikada koronavirus infeksiyasına hər hansı bir yoluxma faktı yoxdur. Bununla əlaqədar hər hansı ciddi təhlükə də müşahidə olunmur.

Bildirək ki, bəzi informasiya saytlarında sabahdan Naxçıvan Muxtar Respublikasında da təhsil və tədrisin dayandırılması ilə bağlı yanlış və əsassız informasiyalar yayılıb. Təhsil nazirliyi bildirir ki, muxtar respublikanın orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəsisələrində dərslər tədris qrafikinə uyğun olaraq davam etdiriləcək.скачать dle 12.1