Bia.Az

Horadizdə Füzuli şəhərinin işğaldan azad edilməsi qeyd olundu - FOTO/VİDEO

Bölgə / Bia Tv
 17-10-2020, 19:58     713

Füzuli sakinləri 30 ildən sonra Füzulinin işğaldan azad olunmasını sevinclə qarşılayıblar.
Oxu.az xəbər verir ki, Füzuli sakinləri Horadiz qəsəbəsinin mərkəzinə axışaraq, Füzuli şəhərinin işğaldan azad olunması münasibətilə bayram ab-havası yaradıblar.

Bununla yanaşı, Füzuli Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi tərəfindən aksiya keçirilib.

Aksiya çərçivəsində Müdafiə Nazirliyinə məxsus zirehli maşınlarda olan səsgücləndiricilər vasitəsilə Füzulinin və daha bir neçə kəndin düşməndən azad olunması xəbəri əhaliyə çatdırılıb.





скачать dle 12.1