Bia.Az

Gənc başçı qəbul keçirmir, ŞOU GÖSTƏRİR... - GİLEY

Bölgə
 22-03-2024, 18:16     220

Keçən günlərdə Xaçmaz sakinlərinin rayondakı anisanitar vəziyyəttlə bağlı gileylərini təqdim etmişdik. Bu dəfə dia-az.info-ya yazan narazı xaçmazlılar Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdən şikayətçidirlər. Onlar başçının qəbul prosesinin rəsmən bir tamaşa olduğunu iddia edirlər...

Gənc başçı qəbul keçirmir, ŞOU GÖSTƏRİR...

Sakinlər yazır: "İcra başçısının qəbuluna düşmək əməlli-başlı mümkünsüz bir şeydir. Əvvəlcədən öyrədilmiş adamlar qəbu keçirilən yerdə tünlük yaradır, əsl dərdi-səri olanlar, problem əlində çar-naçar qalanlar isə qəbula buraxılmır.

Öz öyrədilmiş adamları isə qəbula gələndə yalnız başçıya əşəkkür edirlər. Guya onların filan problemi "keçən səfərki qəbul"dan sonra həll olunub. Lap tutalım elədir... Nə ehtiyac var ki, yenidən həmin adamları qəbula salırsınız? Əsl dərdi olanlara isə QƏBUL BİTDİ deyib camaatı yola verirsiniz?

Bir sözlə... Bizdə başçı sakinləri qəbul etmir... ŞOU GÖSTƏRİR..."
скачать dle 12.1