Bia.Az

Saatlının Nəsimi kənd icra nümayəndəsi və bələdiyyə sədrinin başları özlərinə qarışdığından kəndi tamam unudublar... FAKT / FOTOLAR

Bölgə
 13-02-2024, 02:36     451

Ulu Öndər Heydər Əliyev demişdir: “Yol, mədəniyyətdir!”. Bəli, buradan belə görünür ki, Saatlı rayonu Nəsimi kəndi həm mədəniyyətdən, həm iqtisadi inkişafdan geri qalmışdır.
“Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir”. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin (2014-cü il) sosial-iqtisadi yekunlarına həsr olunan müşavirəsində səsləndirib. Dövlət başçısı vurğulayıb ki, bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir: “Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır”.
Amma... amması budur ki, qəsəbə və kənd yollarına ayrılan bu qədər vəsait hara xərclənir? Əsas məsələ budur. 

Bu dəfə redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Saatlı rayonu Nəsimi kəndin yollarının bərbad və acınacaqlı durumda olduğundan yeni tədrisi ilinin başlanması ilə əlaqədar şagirdlərin məktəbə gediş-gəlişi mümkünsüzdür. Mənbə bildirir ki, yağış yağanda ümumiyyətlə nəinki piyada hərəkəti hətta maşınların kənd yollarında hərəkəti məhdudlaşır. 

Sakinlər deyir gözdən uzaq olmasaq da, Saatlı rayon icra hakimiyyəti, kənd icra nümayəndəliyi və kənd bələdiyyə sədrinin diqqətindən iraq düşmüşük. Yayda toz-torpaqdan, qışda isə palçıqdan tərpənə bilmədiklərini söyləyirlər. Kəndin ərazisi zibilliklə doludur, kəndə daxil olandan ilk görünüşdən böyük bir zibilxananı xatırladır. Hətta kəndə tikilən tualet belə bərbad vəziyyətdədir. Kənd sakinləri dəfələrlə kənd icra nümayəndəsi Məlik müəllimə, bələdiyyənin sədri Mehdi müəllimə və hətta sahə müvəkkilinə belə müraciət etsələr də, lakin səslərinə səs verən yoxdur. Müraciət etdikləri məmurların başları özlərin qarışıb, korrupsiya hallarına yol verərək özlərinə dəbdəbəli həyat qurmaqla məşğuldurlar. 

Belə hesab edirik ki, Nəsimi kəndində yolda təmir-bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. Çünki, yol infrastrukturunun inkişafı iqtisadi inkişafın təmin edilməsinin başlıca şərtlərindən biridir. Əgər Saatlı RİH-i, kənd icra nümayəndəsi və bələdiyyə sədri kənddə iqtisadi inkişafı təmin etmək, iqtisadiyyatın ayrı-ayrı sektorlarını dirçəltmək istəyirsə yol infrastrukturunun inkişafına ciddi diqqət yetirməlidir. Yollar çəkilmədən, təmir olunmadan nə turizmi, nə sənayeni, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. İqtisadiyyatın inkişafı yolların təmir olunmasından keçir.
Bizi izləyin. Saatlı rayonu Nəsimi kəndində dövlət məmurlarının özbaşınalığı haqqında daha ətraflı video sujeti sizə təqdim edəcəyik. 
PS. Sakinlər redaksiyamız vasitəsi ilə aidiyyatı qürumlara müraciət edirlər ki, qarşıdan soyuq və yağmurlu qış ayları gəlir. Tezliklə sadaladıqları problemlərinin həllini tapacağını xahiş edirlər. 
Qarşı tərəflərin mövqeyini öyrənmək istəsəkdə Məlik və Mehdi müəllim telefon zəngimizə cavab vermədi, Saatlı RİH-nin icra şöbəsinin müdiri Azər müəllim də heç kimdən qorxmadığını söyləyərək şikayəti kimə istəyirsiniz ünvanlayın deyərək telefonu söndürdü. 

Heqiqixeber.az






скачать dle 12.1