Bia.Az

Göyçayda ACINACAQLI MƏNZƏRƏ: Sakinlər DAD DEYİR... - MÜRACİƏT

Bölgə
 12-02-2024, 10:25     423

Göyçay rayonu birinci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən lkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya göndərilən müraciəttdə deyilir:

"Bildirmək istəyirəm ki, Göyçay rayonu Qarabaqqal kəndində hektarlarla torpaq sahəsini əhatə edən "zibil poliqonu" mövcuddur. Həmin poliqonda istehsalat və məişət tullantıları qalaq-qalaq yığılıb. Hətta ölmüş heyvan leşlərini belə bura atırlar. Hansıki yaxınlığında evlər, fermalar var. Camaatın mal-qarası zibillikdə eşələnir. Elə ona görə də kənddə xeyli sayda onkoloji və digər xəstəliklərə yoluxmuş insanlar yaşayır.



Göyçay Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan "Şəhər Təsərrüfatı Birliyi" rayonun bütün zibillərini bura daşıyır. Əslində isə tullantılar məhv edilməli və ya basdırılaraq üzəri dezinfeksiya olunmalıdır. İllərdir ki, bu poliqonun yığışdırılması, yaxud zərərsizləşdirilməsi üçün kənd sakinləri fərdi və kollektiv şəkildə şikayətlər ediblər. Lakin aidiyyəti qurumlar heç bir tədbir görmür".скачать dle 12.1