Bia.Az

Soyuqbulaqda hərbçi əsgəri və mülki şəxsi öldürdü

Bölgə
 10-02-2024, 13:25     398

Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində silahlı insident olub.

TNS xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, İran ordusunun əsgəri bir hərbçini və bir mülki şəxsi güllələyərək öldürüb.

Əsgər öldürülən şəxslərdən birinin avtomobilini ələ keçirərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat nəticəsində iki nəfəri öldürən hərbçinin ələ keçirdiyi avtomobil atəşə tutulub, o, yerindəcə həyatını itirib.

Hadisənin səbəbləri və öldürülənlərin kimliyi barədə açıqlama verilməyib.скачать dle 12.1