Bia.Az

Ağsuda“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə konsert kecirilib

Bölgə
 31-12-2023, 15:17     601

Ağsu şəhər Mədəniyyət evində Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə konsert təşkil edilib.

 BİA.az xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş və xatirəsini ehtiramla yad etmişlər.

     Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, həmçinin “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə səmimi ürək sözlərini bölüşüb və bu bayramlar münasibətilə rayon ictimaiyyətini təbrik edib.  RİH başçısı bildirib ki, “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” xalqımızın birlik günüdür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 44 günlük Şanli Zəfər tariximizdən bəhs edən RİH başçısı vurğulamışdır ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən Ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu. Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza rəhmət, qazilərimizə şəfa diləyib.  

     Daha sonra tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib. Sonda rayonun inkişafında və ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup fəallar Ağsu Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.





скачать dle 12.1