Bia.Az

Gədəbəydə ağır qəza: Ana və oğlu öldü

Bölgə
 28-02-2020, 13:09     81

Gədəbəydə ağır qəza: Ana və oğlu öldüGədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.

“Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub.

Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası, Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər.

1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1