Bia.Az

Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver - VİDEO

Bölgə
 27-02-2020, 16:11     67

Astarada xəstəxanada acınacaqlı vəziyyət: Natəmizlik, alver - VİDEOAstarada xəstəxanada hərc-mərcliyin baş alıb getdiyini əks etdirən görüntülər redaksiyamıza göndərilib.

Vətəndaşlar bia.az-a bildiriblər ki, Astara Mərkəzi Rayon Klinikasında İrandan qayıdan azərbaycanlılar natəmiz şəraitdə saxlanılır:

“Xəstəxanada su yoxdur. Natəmiz şəraitdə saxlanılırıq. Xəstəxananın içərisində açıq-aşkar alver gedir. Tibb işçisi geyimində qadın bizə bulka satır. Xəstəxanaya pul xırdalamağa gəldiyini deyən qadın evdə bişirilən bulkaların dörd ədədini iki manata satmağa çalışır.

İçəri kim tərəfindən buraxıldığını isə demir. Biz bilmirik ki, bizi burada daha nə qədər saxlayacaqlar”.скачать dle 12.1