Bia.Az

Yeni Rəis biznes yaradıb,həm də idmançıları qabağa verməklə…

Bölgə
 25-05-2023, 16:37     1 164

İsmayıllı suvarma sistemləri idarəsinin yeni rəisi Elşad Quliyev Aşıqbayramlı su anbarında balıqçılıq təsərrüfatı yaradıb,eyni zamanda həmin ərazidə bəndin üstündə besetkalar qoydurmaqla çay,pivə və sair şeylər satdırır.
Bəndin üstündən avtomobil yolunun olmasına baxmayaraq həmin yoldan istifadə etməyə qadağan qoyulub və bu səbəblə bəndin girişinə mühafizə postu qoyulub.
Əgər rəis Elşad Quliyev doğurdanda belə ehtiyyatlı iş görürsə bəs nədən bəndin üstündə besetkalar qoydurmaqla pivə və sair spirtli içkilər satdırır yaxud buna şərait yaradır? Kim qarantiya verə bilər ki,günlərin birində içkili halda kimsə aşıb dərin su anbarına düşməyəcək?
Ümumiyyətlə belə su anbarının balıqçılıq və sair şeylər üçün istifadəsi qanunla qadağan olduğu vaxtda Elşad Quliyevin özbaşınalığına nə ad vermək olar?
Elşad Quliyev bir qrup savadsız idmançını qabağa verməklə ərazidə yaşayan sakinlərin narahatlığına səbəb olub.Belə ki, həmin göldən həmişə insanlar atma deyilən vasitə ilə balıq tutublar.İndi isə təzə rəis köhnə bazara yeni qayda gətirib.Əraziyə gələn ətraf kənd və İsmayıllı sakinləri balıq tutmağa buraxılmır,hətta idmançılar tərəfindən döyülərək yola salınır.Baş verən özbaşınalıqlara həm rayon polisi,həm prokurorluğu göz yumur.
Rəis Elşad Quliyevin idmançılardan ibarət bandası göldə sintetik tor ataraq balıqları kütləvi şəkildə tutub satır,hətta bu məqsədlə Elşad Quliyev idmançılar üçün motorlu qayıq da alıb verib, hansı ki,belə su anbarlarında motorlu qayıqdan istifadə qanunla qadağan olunub və qayıq idarə etmək üçün su polisinin razılığı və sürücülük vəsiqəsi tələb olunur.Rəis Elşad Quliyev isə ölkə qanunlarını saya salmadan öz biznesini genişləndirməkdə davam edir.Regional ekologiya və təbii sərvətlər idarəsi açıqca bu qanunsuz işlərə göz yumur cünki aylıq haqq alır.
Növbəti yazılarımızda həmin idmançılardan, onların kimliyindən və arxalarında hansı dövlət məmurlarının dayandığı haqqında danışacağıq.
Ərazidə yaşayan etibarlı mənbəmiz bildirir ki,yeni informasiya barədə daha geniş məlumat verəcək.
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Yeni Rəis biznes yaradıb,həm də idmançıları qabağa verməklə
Yeni Rəis biznes yaradıb,həm də idmançıları qabağa verməklə
скачать dle 12.1