Bia.Az

Xaçmazın bu bələdiyyəsini yoxlasalar... - İTTİHAM VAR!

Bölgə
 16-05-2023, 12:06     1 058

Xaçmaz rayonunun Susayqışlaq kənd sakini yaşadığı kəndin bələdiyyə sədri barədə redaksiyamıza müraciət edib. Narazı vətəndaşın sözlərinə görə Susayqışlaq kənd bələdiyyəsinin sədri Mehriban Mustafayeva uzun illərdiki bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin qanunsuz satılaraq mənimsənildiyini bildirir.Onun sözlərinə görə xanım sədr bələdiyyənin ərazisinə aid olan həm bələdiyyə həmdə dövlət mülkiyyətli torpaq sahələrini müxtəlif iş adamlarına satıb.Bu yolla əldə edilən böyük məbləğlərdə vəsait isə mənimsənilib.

Kənd sakinlərinin verdiyi məlumata görə Susayqışlaq kənd bələdiyyəsinin sədri Mehriban Mustafayeva bələdiyyə tərəfindən toplanan torpaq və əmlak vergilərinin də aidyyatı üzrə xərclənməsini təmin etmir.

Müvafiq araşdırmalar aparılsa satılan torpaq sahələri və onların satılmasından əldə edilən vəsaitlərin hara xərclənməsi həmçinin toplanan vergi vəsaitlərinin haralara sərf edildiyi məlum olar.Amma bizə maraqlıdır ki,niyə keçmiş icra başçısının dövründə bu əməllər törədən bələdiyyə sədrinə indiki icra başçısı Elnur Rzayev göz yumur.
//gundem.info.az//скачать dle 12.1